Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Məmmədyarov "Zalsburq triloqiyası"nda çıxış edib

Azərbaycanın xarici işlər naziri Zalsburq torpağının qubernatorunu ölkəmizə dəvət edib

Avstriyanın Zalsburq şəhərində səfərdə olan xarici işlər naziri Elmar Məmmədyarov "Zalsburq triloqiyası" konfransında çıxış edib. Bu barədə Simsar.az-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Çıxışında nazir davamlı inkişafın təminatı kimi sabit iqtisadiyyatı, davamlı inkişaf üçün təhlükəsizliyi, inkişafın əsas bünövrəsi kimi isə təhsili göstərib.

Məmmədyarov həmçinin Zalsburq torpağının qubernatoru xanım Qabi Burqstaller ilə görüş keçirib. Görüşdə nazir Azərbaycanın regionları ilə Zalsburq torpağı arasında əməkdaşlıq imkanları haqqında fikir mübadiləsi aparıb. Avstriyanın musiqi mərkəzi hesab edilən Zalsburq ilə mədəniyyət sahəsində əməkdaşlıq üçün geniş potensialın olduğunu bildirən nazir incəsənət xadimlərinin mübadiləsini, birgə mədəni tədbirlərin həyata keçirilməsi imkanlarının nəzərdən keçirilməsini təklif edib.

Elmar Məmmədyarov xanım qubernatoru Azərbaycana səfərə dəvət edib. Burqstaller dəvəti məmnuniyyətlə qəbul edib.






18 Avqust, 2012  03:08 Baxılıb: 865 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner