Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Qırğızıstanda Azərbaycan kinoları nümayiş olunacaq

Azərbaycan kinosunun qızıl fonduna daxil olmuş filmlər ekranlara çıxacaq

Avgustun 20-dən başlayaraq Azərbaycanın Qırğızıstandakı səfirliyi tərəfindən Azərbaycan kino sənətinin qızıl fonduna daxil olan bədii filmlərin Qırğızıstanın "İctimai Teleradioyayım Korporasiyası" dövlət televiziya kanalında "Azərbaycan kinosu ongünlüyü" çərçivəsində nümayişinə başlanılacaq.

Səfirlikdən Simsar.az-a verilən məlumata görə, Azərbaycan xalqının tarixini, adət-ənənələrini yaxından öyrənmək məqsədilə ölkələrimiz arasında olan mədəni əlaqələrin qenişləndirilməsinə xüsusi onəm verərək, Qırğızıstanın "İctimai Teleradioyayım Korporasiyası" dövlət televiziya kanalı ilə səfirlik tərəfındən aparılmış danışıqların nəticəsi olaraq, avqustun 20-29-da Azərbaycan kinosımım qızıl fonduna daxil olmuş "Babək", "Dədə Qorqud", "Uzaq sahillərdə", "Arşin mal alan", "Koroğlu", "О olmasın, bu olsun", "Axrıncı Aşrım", "Yeddi oğul istərəm", "Bəxtiyar", "Nəsimi" bədii filmləri nümayiş etdiriləcək.

Daha sonra, səfirlik tərəfındən aparılmış danışıqların nəticəsində SSSR-i və Azərbaycan Respublikasının xalq artisti, dünya şöhrətli müğənni Müslüm Maqomayevin avqust ayının 17-də 70 illik yübileyi ilə əlaqədar olaraq, onun həyat və yaradıcılığına həsr olunmuş filmin və SSSR-i xalq artisti, tanınmış bəstəkar Anna Paxnıutovanın mahnılarının Müslüm Maqomayev tərəfindən ifası avgust 24-də yerli vaxtla 22:30 Qırğızıstan "İctimai Teleradioyayım Korporasiyası" dövlət televiziya kanalında nümayiş etdiriləcək.






17 Avqust, 2012  20:00 Baxılıb: 1418 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner