Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Beynəlxalq Qüds Günü sülhü simvolizə edir

.

Bu gün Beynəlxalq Qüds Günüdür. Bu tarixi gün, yəni əziz Ramazan ayının son cümə günü bəşəriyyəti əbədi sülh naminə zülmə, istibdada, qəsbkarlığa yox deməyə çağırış, imtahan və azad iradə günü kimi qiymətləndirilr.
Qüds azadlıq, istiqlaliyyət uğrunda, zülmə, soyqırımlara, özgə torpaqlarına göz dikənlərə qarşı mübarizə simvoludur. Beynəlxalq hüquq normalarına əməl etməyən dünyanın güc mərkəzlərinin dünya düzənini dəyişmək iddiasında olmalarına işarə edərək xalqları zülmə, onları ata-baba torpaqlarından qovaraq fiziki və mənəvi soyqırıma məruz qoymalarını dilə gətirdilər.
Bu günün keçirilməsinin təməli İranın ali dini lideri Xomeyni tərəfindən qoyulub. Beynəlxalq Quds Gününün Ramazan ayında qeyd edilməsi təsadüfi deyil. Buna səbəb Həzrəti Peyğəmbərimizin (s) meraca Qüds şəhərindəki Məscidi-Əqsadan getməsidir. Eyni zamanda müqəddəs kəlamlar da bu günlərdə nazil olub.
Yəhudilərin Qüdsdəki Məscidi Əqsanı işğal etməsi və bunun müsəlmanlar və yəhudilər arasında nifaqa səbəb olması artıq bir əsrə yaxındır ki, davam edən mübarizə Beynəlxalq Qüds gününün yaranmasını labüd etdi. 
Beynəlxalq Qüds Gününün müsəlmanlar tərəfindən keçirilməsi əbədi sülhün təminatından ötrü və haqqın, ədalətin bərpası üçün xoş niyyət və bəsəri mahiyyət dasımasından xəbər verir. Qüds gününün qeyd olunması dünya üçün isğalcılığa, işğalçı rejimlərə etiraz olaraq müasir dövrün zəruri tələblərindən biri kimi qiymətləndirilməlidir. Buna rəğmən sülhsevər xalqlar ayri-ayri ölkələrdə, müxtəlif sferalarda elmi-praktik konfranslar, seminarlar, dəyirmi masalar kecirir, işğalçılıgın əsil mahiyyətini açıqlayırlar. Qüds həqiqətləri ədalətsizliyə, zülmə, dünyanın şər qüvvələrinə, istismarçı siniflərə qarşı mübarizə simvolu hesab edilir.






17 Avqust, 2012  19:25 Baxılıb: 1204 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner