Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

GÜNVURMADAN NECƏ QORUNMAQ OLAR? – HƏKİM MƏSLƏHƏTİ


Kardioloq Rasif Bağırov: «Baş geyimlərindən istifadə etmək, antioksidantlar qəbul etmək lazımdı»

Havaların isti keçməsi günvurma hallarının artmasına səbəb olub. Bəs insanlar bu vəziyyətin yaranmasının qarşısını necə almalı, günvurmadan necə qorunmalıdırlar?

Həkim-kordioloq Rasif Bağırov Simsar.az-a açıqlamasında bildirdi ki, adətən günvurma halları gün şüalarının bilavasitə düşməsi zamanı, günorta saat 11:00-16:00 radələrinə qədər baş verir. Çünki bu zaman ultrabənövşəyi, infraqırmızı şüalarla təmasda oluruq. Günəş şüaları insan bədənində suyun buxarlanmasına gətirib çıxarır, maddələr mübadiləsi pozulur. Bu hal yarandıqda hətta zəif gün şüasının təsirindən də günvurma baş verə bilər.

Digər tərəfdən gərgin və ya günəş altında iş rejimi də bədənin susuzlaşmasına, təqətdən düşməsinə şərait yarada və bunun nəticəsində də günvurma hadisəsi baş verə bilər.

Həkimin sözlərinə görə, ilk növbədə günəş şüalarının düzbucaq altında düşdüyü vaxtlarda günvurmadan qorunmaq lazımdır. Bunun üçün baş geyimlərindən istifadə etmək olar. Baş geyimlərinin xüsusilə rəngli olması məsləhət görülür. Ağ, qırmızı, sarı rənglər xüsuslə gün şualarının müəyyən qədər geri qaytarır. Qara rəng isə məsləhət görülmür.

Antioksidant maddələrin qəbulunun də günvurmanın qarşısını aldığını deyən R. Bağırov qeyd etdi ki, təbii antioksidantlar xüsusilə meyvələrdə, süni antioksidantlar isə A, S, G vitaminlərində olur. Onlar sağlam insanlarda müqavimətin artmasına şərait yaradır. Amma antioksidantlar xəstə, orqanizmində ciddi problem, zəiflik olan insanlara təsir etməyə bilər. Onlar daha diqqətli olmalıdırlar.

Aktual problemlərdən birinə toxunan həkim dedi ki, tıxac zamanı maşının üstünün qızması, motorun istisi ilə birlikdə sürücülərdə istilik vurma halları yarada bilər.

Xatirə






17 Avqust, 2012  18:19 Baxılıb: 1272 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner