Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

50 məktəb sentyabrda istifadəyə veriləcək

.

“2007-ci ildən etibarən xaricdə təhsil siyasətində tamamilə yeni mərhələ başlandı. Belə ki, 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı qəbul olunub. Bu proqram çərçivəsində indiyə qədər 1200-ə qədər azərbaycanlı gənc dünyanın nüfuzlu universitetlərində təhsil almağa göndəriliblər”. Simsar.az-ın məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının rəsmi saytına müsahibəsində təhsil nazirinin müavini Qulu Novruzov bildirib.

Nazir müavini qeyd edib ki, tələbələrimizin böyük əksəriyyəti təhsillərini başa vuraraq geri qayıdırlar, bir qismi isə qalıb təhsillərini növbəti pillələrdə davam etdirirlər. Bütövlükdə, xaricdə qalanların sayı çox deyil”.

Məktəb tikintisi məsələsinə də toxunan Q. Novruzov vurğulayıb ki, nazirlik tərəfindən bu gün tikinti-təmir işləri aparılan müəssisələrin sayı 70-ə yaxındır. Onlardan 54-ü yeni məktəb tikintisidir, 6-sı əlavə korpusların tikintisidir: “O cümlədən, 10 məktəbdə və 1 internat məktəbində əsaslı təmir işləri aparılır. Tikintisi aparılan yeni məktəb binalarının 50-ə yaxını yeni dərs ilində istifadəyə veriləcək”.






17 Avqust, 2012  18:05 Baxılıb: 953 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner