Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Rüşvətdə ittiham olunan həkimin məhkəməsi başlayıb

Oqtay Salamovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 14 saylı Birləşmiş Şəhər Xəstəxanasının rüşvətxorluqda təqsirləndirilən sabiq baş həkimi Oqtay Salamovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Simsar.az-ın məlumatına görə, prosesdə məhkəmə baxışının vaxtı avqustun 24-nə təyin edilib.

Qeyd edək ki, Baş Prokurorluğun cinayət işi ilə bağlı yaydığı məlumatda Səhiyyə Nazirliyinin 14 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi O. Salamovun Bakı şəhər sakinindən Tibbi Sosial Ekspert Komissiyasına göndərişin verilməsi üçün rüşvət tələb etdiyi göstərilib.

Bu il mayın 3-də keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində 14 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Salamov Oqtay İsgəndər oğlu saxlanılıb. O, Tibbi Sosial Ekspert Komissiyasına 88 nömrəli göndərişin verilməsi üçün xəstəxananın Buzovna qəsəbəsində yerləşən inzibati binasındakı xidməti otağında Bakı şəhər sakinindən 3 min manat məbləğində pulu rüşvət kimi alarkən cinayət başında yaxalanıb.

Oqtay Salamovun xidməti otağına baxış keçirilərkən qəzetə bükülmüş 30 ədəd 100 manatlıq əsginaslarla - cəmi 3 min manat məbləğində pul və vətəndaşın adı qeyd olunmuş qeydiyyat kitabçası maddi sübut kimi götürülüb.

Həmin faktlara görə Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb.






17 Avqust, 2012  18:02 Baxılıb: 975 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner