Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Dəmiryolu stansiyasının ərazisində güclü partlayış

İki nəfər yanıb

Hadisə bu gün səhər saat 11:00 radələrində baş verib. Bakı-Qazax dəmiryolu xəttinin Goranboy rayonunda yerləşən Kürəkçay stansiyasının ərazisində güclü partlayış baş verib, ağır xəsarət alanlar var.
Simsar.az-ın məlumatına görə, hadisə bu gün səhər saat 11:00 radələrində stansiyanın ərazisində dəmiryolu təmiri ilə məşğul olan işçilərin yaşadığı vaqonda qeydə alınıb.

Vaqonun mətbəxində propan qazı ilə dolu olan balon işçilərin ehtiyatsızlığı səbəbindən partlayıb. Güclü partlayış yanğınla müşayiət olunub. Hadisə yerinə Goranboy rayon Dövlət yanğından mühafizə hissəsinin iki maşını və canlı qüvvəsi cəlb edilib. Hadisə zamanı vaqon içindəki əşyalarla birgə yanıb.

Həmin vaxt vaqonda olan iki fəhlə - Cəlilabad rayon sakinləri - 1989-cu il təvəllüdlü Babaşov Emil İbrahim oğlu və 1972-ci il təvəllüdlü Sadıqov Eldar Behbud oğlu müxtəlif yanıq xəsarətləri ilə Goranboy Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. Emil Babayevin vəziyyəti daha ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

Faktla bağlı araşdırma aparılır.






17 Avqust, 2012  17:12 Baxılıb: 1035 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner