Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Şeyx xalqımızı Ramazan bayramı münasibətilə təbrik etdi

.

Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib. Bu məqsədlə şeyxülislam xalqımıza təbrik məktubu ünvanlayıb:

"Bismillahir-rəhmanir-rəhim!

Möhtərəm həmvətənlərim, əziz müsəlman qardaş və bacılarım!

Dünya müsəlmanlarının əziz günü -- Mübarək Ramazan bayramı münasibətilə hamınızı səmimi qəlbdən təbrik edir, Allahdan oruc və namazlarınızın qəbul, dualarınızın müstəcab olmasını diləyirəm.

Ramazanın müqəddəsliyi Quranın məhz bu ayda nazil olması ilə bağlıdır. Ümumbəşəri əhəmiyyətə malik bu bayram insana sonsuz iman sevgisi bəxş edir. Şükürlər olsun ki, Uca Allahın istəyini qazanmaq üçün müsəlman qardaş və bacılarımız mübarək ay boyunca ibadətlərini sonsuz ehtiram, fərəh və səylə tamamlayaraq, Ramazan bayramına qovuşurlar. Allahın vacib hökmü olan oruc ibadətini səmimi hisslərlə başa vurmuş xalqımıza mübarək ayın fəzilət və bərəkətlərindən nəsib olsun, İnşallah.

Savab, ülfət ayı olan Ramazan əsrlər boyunca bəşər övladına dözüm, mərhəmət, Allahın yaratdıqları arasında münasibətlərdə xeyirxahlıq, yardımlaşmanı təlqin edir. Bu müqəddəs bayram günündə valideynlərə, qohum-əqrəbaya baş çəkilməsi, küsülülərin barışması, yetim, kimsəsiz və ehtiyacı olanlara diqqət göstərilməsi, dünyasını dəyişmiş yaxınların qəbirlərinin ziyarəti bəyənilən əməllərdəndir.

Bu əziz gündə biz Uca Allaha dualar edirik ki, inşallah, müstəqilliyimizin daha da möhkəmlənməsi, ərazi bütövlüyümüzün bərpası uğrunda səy göstərən dövlət başçımız İlham Əliyevin rəhbərliyi altında işğal altında olan torpaqlarımız azad olunsun, qaçqınlarımız və köçkünlərimiz öz doğma yurdlarına qayıtsın. Bu əziz bayram günündə qədirbilən xalqımız milli-mənəvi dəyərlərimizin inkişafında əvəzsiz xidmətləri olmuş ümummilli liderimiz Heydər Əliyevin ruhuna rəhmət diləyir.

Əziz bayram - Eydül-Fitr münasibətilə bütün müsəlmanlarımızı bir daha səmimi qəlbdən təbrik edir, xeyir-dua verir, hər birinizin ocağına rifah və əmin-amanlıq bəxş etməsini Uca Allahdan diləyirəm. Məlum olduğu kimi, Azərbaycanda Şəvval ayının hilalının görünməsindən asılı olaraq, Ramazan bayramı, inşallah, miladi təqvimi ilə avqustun 19-na və ya 20-nə təsadüf edəcəkdir. Minnətdarıq ki, milli-mənəvi amilə hər zaman böyük dəyər verən dövlət başçımızın sərəncamı ilə Ramazan bayramı dövlət səviyyəsində rəsmən hər iki gündə qeyd ediləcəkdir.

Dualarımız Vətənimizin xoşbəxt gələcəyi və xalqımızın səadətə qovuşması üçündür. Qəlbində Allah məhəbbəti yaşadan xalqımızın, inşallah, bütün ülvi arzu və niyyətləri gerçək olsun! Allah orucumuzun əcri olaraq Öz Lütfü sayəsində bizlərə xeyir və bərəkətini artırsın, mənəvi birliyimizi gücləndirsin, Vətənimizi qüdrətli və firavan qərar versin! AMİN!

Vəs-səlamu əleykum və rəhmətullahi və bərəkatuhu!"






17 Avqust, 2012  16:51 Baxılıb: 992 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner