Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Mitinq keçirən İslam Partiyasinin üzvləri həbs olunub - Yenilənib

.

Xəbər verdiyimiz kimi Azərbaycan İslam Partiyası (AİP) və bir qrup dindar Qüds Günü ilə bağlı İsrailin Azərbaycandakı səfirliyinin binası qarşısında aksiya keçirməyə cəhd etsə də səfirliyin yerləşdiyi binaya yaxınlaşmağa cəhd edən aksiya iştirakçılarının qarşısı polis tərəfindən alınıb. Simsar.az-ın xəbərinə görə, 
aksiya zamanı AİP-in sədr əvəzi Hacı Elçin Manafov, partiya sədrinin siyasi məsələlər üzrə müavini Akif Heydərli, Sumqayıt şəhər komitəsinin sədri Vüqar İboyev və daha iki nəfər saxlanılıb.

Saxlanılan şəxslər Yasamal Rayon Polis İdarəsinə aparılıblar. Aksiyada “Qüdsdən çəkil!”, “Qarabağ və Qüds işğal altındadır”, “İşğalçı rejimlərə ar olsun”, “İsrail, sionizm, Azərbaycandan rədd ol” şüarları səsləndirilib. Aksiyanın qətnaməsinin oxunmasına imkan verilməyib.

Bu gün AİP üzvləri və bir qrup dindar Şəhidlər Xiyabanında da yürüş keçirib. Aksiya iştirakçıları Şəhidlər Xiyabanını ziyarət edib, şəhidlərin ruhuna dualar oxuyublar. Sonda qətnamə oxunub. Qətnamədə İsraildən Fələstin torpaqlarının azad edilməsi ilə bağlı BMT-nin 181, 242, 298, 338, 446 saylı qətnamələrini icra etmək tələb olunub.

İzmir kücəsində İslam Partiyasının üzvləri mitinq keçirməyə cəhd edibler. Polislər hadisə yerində bir necə partiya üzvlərini tutublar. Partiyanin sədr müavini Elçin Manafov həbs edilib. Hadisə ilə bağli məlumat verməyə çalişacağiq.

 






17 Avqust, 2012  16:26 Baxılıb: 1017 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner