Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

İlham Əliyev İndoneziya xalqını təbrik edib

Dövlət başçısı indoneziyalı həmkarına ölkəsinin milli bayramı münasibəti ilə təbrik məktubu ünvanlayıb

Azərbaycan prezidenti İlham Əliyev İndoneziya Respublikasının prezidenti Susilo Bambanq Yudhoyonoya təbrik məktubu ünvanlayıb. Simsar.az-ın prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, dövlət başçısı indoneziyalı həmkarını ölkəsinin milli bayramı münasibəti ilə təbrik edib. 

“Hörmətli cənab Prezident, İndoneziya Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Əminəm ki, Azərbaycan-İndoneziya münasibətləri, ölkələrimiz arasındakı dostluq əlaqələri və ikitərəfli əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcək. Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza əmin-amanlıq və tərəqqi arzulayıram”, - deyə prezidentin təbrik məktubunda vurğulanıb.






17 Avqust, 2012  00:47 Baxılıb: 869 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner