Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

İş yerlərində işçilərin vəziyyəti öyrəniləcək

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası yoxlamalara başlıyacaq

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası, Niderland Xarici İşlər Nazirliyinin maliyyə dəstəyilə Avrasiya Əməkdaşlıq Fondunun həyata keçirdiyi “Hüququn Üstünlüyü və Demokratiyanın Təşviqi” Proqramı çərçivəsində “Ədalətli və əlverişli əmək şəraitinin təmin olunması” layihəsinin icrasına başlayıb.Layihənin məqsədi ölkənin əmək sektorunda təhlükəsiz və ədalətli əmək şəraitinin yaradılmasına dəstək verməkdir.
Layihə çərçivəsində aşağıdakı fəaliyyətlərin həyata keçirilməsi planlaşdırılır:
Bədbəxt hadisə və peşə xəstəliklərindən icbari sığorta sisteminin tətbiqinin monitorinqinin həyata keçirilməsi;
2011-ci ilin əvvəlindən əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına əməl olunmasının vəziyyətinə dair monitorinqin həyata keçirilməsi;
Siyasətin formalaşmasına dair təkliflər paketinin (Policy recommendations) hazırlanması, maraqlı tərəflərlə müzakirəsi, nəşri və təqdim olunması;
Əmək müfəttişləri, həmkarlar ittifaqlarının əməyin mühafizəsi üzrə müfəttişləri, biznes qurumlarının (əsasən tikinti) əməyin mühafizəsinə məsul olan mühəndisləri üçün təlimlərin təşkili.

Müxtəlif təyinatlı 30 müəssisədə əməyin mühafizəsinin vəziyyətinə dair monitorinqlərin keçirilməsi üçün işçi qrup formalaşdırılıb.
Sentyabr ayından başlayaraq Bakıda və regionlarda təlimlərin təşkili planlaşdırılır. Bu məqsədlə Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəhbərliyi ilə razılaşmalar əldə edilib.






17 Avqust, 2012  00:08 Baxılıb: 930 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner