Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Masallıda Beynəlxalq Folklor Festivalı keçiriləcək

.

Sentyabr ayının 7-dən 10-a kimi Masallı şəhərində Beynəlxalq Folklor Festivalı keçiriləcək. Bu barədə Simsar.az-ın Cənub bürosuna tədbirin təşkilat komitəsindən məlumat verilib. Məlumata görə, festivalda Rusiya, Türkiyə, İran, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Latviya ölkələrindən folklor qruplarının iştirakı nəzərdə tutulub. Qonaqlar öz xalqlarına məxsus folklor nümunələrini nümayiş etdirəcək, Azərbaycanın sənət inciləri ilə tanış olacaqlar. 

Qeyd edək ki, Azərbaycan Respublikası Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevin 2 fevral 2012-ci il tarixli 37 saylı əmrinə əsasən Masallı şəhəri 2012-ci ildə Azərbaycanın “Folklor paytaxtı” elan edilib. Bununla əlaqədar Masallı Rayon İcra Hakimiyyəti başçısının 21 fevral 2012-ci il tarixli sərəncamı ilə təşkilat komitəsi yaradılıb, geniş tədbirlər planı hazırlanıb. İndiyədək rayonun ayrı-ayrı ərazilərində mahnı və rəqs müsabiqələri, bədii gecələr, xalq folkloruna baxış və s. kütləvi tədbirlər keçirilib.






16 Avqust, 2012  22:31 Baxılıb: 1072 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner