Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Xaçmazda palliativ qulluqla bağlı info-sessiya keçirilib

.

14 avqust 2012-ci il tarixində Xaçmaz rayonunda “Bərabər İmkanlar Mərkəzi” İctimai Birliyinin təşkilatçılığı ilə Palliativ qulluqla bağlı informasiya sessiyası keçirilib. Tədbirin keçirilməsi Azərbaycan Respublikasının Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə həyata keçirilən “Regionlarda palliativ qulluqla bağlı info-sessiyanın keçirilməsi” layihəsi çərçivəsində baş tutub.
Tədbirdə 25 nəfər dinləyici iştirak etmişdir ki, onların əksəriyyəti tibb işçiləri, o cümlədən tibb bacıları və sosial işçilər və psixoloqlar, eyni zamanda yerli icra strukturunun nümayəndələri olub. Tədbiri giriş sözü ilə açan yerli icra hakimiyyətinin nümayəndəsi Əlibala Alxaslı iştirakçıları salamlayaraq keçirilən tədbirin mahiyyəti haqqında məlumat verdikdən sonra təşkilatçı olan Bərabər İmkanlar Mərkəzinin sədri Rafiq Təmrazov palliativ qulluq haqqında ümumi məlumat verərək bu ideyanın Azərbaycanda yayılmasının önəmini qeyd etdi. R.Təmrazov öz çıxışında palliativ qulluqla bağlı insanlarda məlumatın olmamasını xüsusi vurğuladıqdan sonra bu ideyanın insanlara diqqət göstərilməsi baxımından önəmli olmasını qeyd etdi.
R.Təmrazov tədbirdə palliativ qulluğun göstərilməsində inkişaf etmiş ölkələrin təcrübəsindən danışaraq bu işin həyata keçirilməsində komanda işinin vacibliyini və dövlət-qeyri-dövlət sektorunun birgə əməkdaşlığının təşkil edildiyini qeyd etdi.
Tədbirin gedişatında yerdən müxtəlif istiqamətdə suallar verildi və Azərbaycan praktikasında bu işin önəmli tərəfləri soruşuldu. Qeyd edildi ki, layihəni həyata keçirən təşkilat 15 nəfər vərəmli HİV+ xəstələrə palliativ qayğı göstərilir.
Bundan sonra söz tədbirin məruzəçisi, Qızıl Aypara Cəmiyyətinin İctimai Səhiyyə Proqramının koordinatoru Mətanət Qaraxanovaya verildi. Məruzəçi interaktiv metoddan istifadə edərək mövzudan əvvəl insanların yaşayış tərzindən, yaşlanmanın fərqli və spesifik cəhətlərindən danışdı. Bununla yanaşı ölkələr üzrə xəstəliklərin spesifik cəhətləri qeyd edildi. Xəstəlikləri illər üzrə artan dinamikası regionlar üzrə interaktiv qaydada iştirakçılara təqdim olundu.
Bundan sonra M.Qaraxanova palliativ yardım haqqında məlumat verərək bu ideyanın yaranma tarixindən, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən dəstəklənməsindən və ölkələrə verilən tövsiyyələrindən danışdı.
Məruzəçi slaydlar üzrə palliativ qulluğun göstərilməsinin xarakterik cəhətlərini, burada komanda işinin vacib olmasını qeyd edərək palliativ xidmətin həyat keyfiyyətinin yaxşılaşmasına istiqamətlənməsini qeyd etdi.
Tədbirin gedişatında iştirakçılar suallar verərək müzakirəyə qoşuldular və praktiki hallar barəsində danışaraq onları maraqlandıran məsələləri soruşdular.
Qeyd olundu ki, palliativ qulluq xəstəxanalarda (stasionar şəraitdə) və eyni zamanda evdə göstərilə bilər. Bundan savayı palliativ qulluğun könüllü olması xüsusi şərt kimi irəli sürüldü. Məruzəçi qeyd etdi ki, artıq dünyada palliativ yardım üzrə şöbələr və xidmət sahələri yardılmaqdadır.

RAMİL






16 Avqust, 2012  19:03 Baxılıb: 1077 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner