Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Azərbaycanlılar İranın Türkiyədəki səfirliyi qarşısında etiraz aksiyası keçiriblər

Türkiyədə yaşayan, əslən İrandan olan azərbaycanlılar İranın bu ölkədəki səfirliyi önündə etiraz aksiyası keçiriblər.

Simsar.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, aksiya iştirakçıları İranın Şərqi Azərbaycan vilayətində baş vermiş zəlzələdən sonra bölgəyə lazımi yardım göstərilmədiyini bəyan edib, səfirlik önünə qara çələng qoyublar.

Aksiyada «Güney Azərbaycanı zəlzələ dağıtdı, İran dövləti uzaqdan baxdı», «Azərbaycan, başın sağ olsun» şüarlarını səsləndirilib.

Aksiya ilə əlaqədar səfirlik ətrafında mühafizə gücləndirilib.

Aksiya iştirakçıları adından danışan Səid Bidoxt zəlzələnin ölkənin şimal-qərbindəki bir çox bölgəyə zərər vurduğunu deyib. İran rəsmilərinin və ölkə mediasının zəlzələ barədə xəbəri gec yaydığını deyən S. Bidoxt zəlzələdən zərər çəkənlərə yardımların edilmədiyini vurğulayıb: «Zəlzələdən yalnız 7 saat sonra bölgəyə Qızıl Aypara adı altında İslam İnqilabı Mühafizəçiləri Keşikçiləri və “Bəsic” təşkilatının üzvlərindən ibarət olunmuş yardım qrupları göndərilib. Lakin axtarış-xilasetmə təcrübəsi olmayan bu heyətlər də 24 saat sonra xilasetmə işlərinin sona çatdığını söyləyib, zəlzələ qurbanlarını diri-diri dağıntılar altında qoyub».

Aksiyada insident qeydə alınmayıb.






15 Avqust, 2012  23:33 Baxılıb: 869 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner