Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

TQDK-dan xəbərdarlıq

İxtisas seçiminin başa çatmasına 1 gün qalır

Abituriyentlərin ixtisas seçiminin başa çatmasına 1 gün qalır. 2012/2013-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə keçirilmiş qəbul imtahanlarının nəticələrinə əsasən, müsabiqə şərtlərini ödəyən abituriyentlər 2012-ci il avqustun 7-dən avqustun 16-dək internet vasitəsilə ixtisas seçimi aparırlar.

TQDK-dan Simsar.az-a verilən məlumata görə, ixtisas seçimi 16 avqust saat 23:59-da başa çatacaq. Həmin vaxta qədər ixtisas seçiminə buraxılmış bütün abituriyentlər ixtisas seçimi etməli və mütləq “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”ni təsdiqləməlidirlər. Ərizələrini təsdiqləməyən abituriyentlər müsabiqədə iştirak etmək hüququnu itirirlər.

İxtisas seçimi mərhələsində abituriyentlər qəbul olmaq istədikləri ixtisasları seçib onların kodlarını “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə daxil edirlər. 15 avqust saat 10:00-dək həmin abituriyentlərdən 34081 nəfəri ixtisas seçimi ərizəsini təsdiq edib.

Bölmə və ixtisas qrupları üzrə təsdiqlənmiş elektron ərizələrin sayı haqqında məlumat :

İxtisas qrupları

Bölmə I qrup II qrup III qrup IV qrup Cəmi

Azərbaycan 9062 9191 8181 3233 29667

Rus 1354 1583 1108 369 4414

Cəmi 10416 10774 9289 3602 34081






15 Avqust, 2012  17:25 Baxılıb: 974 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner