Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Zaqatalada zəlzələ ilə bağlı müşavirə keçirilib

Kəmaləddin Heydərov: “3220 fərdi evin, habelə 35 məktəb və bir institut filialı binalarının tikintisinə başlanıb”

Bu ilin mayında ölkənin şimal-qərb rayonlarında baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində kompleks tədbirlər davam etdirilir.

Simsar.az AzərTac-a istinadən xəbər veriri ki, fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov və əlaqədar qurumların rəhbərləri zəlzələ bölgəsində işlərin gedişi ilə tanış olublar. Onlar əvvəlcə Zaqatala rayonunun Gözparaq və Qax rayonunun Güllük kəndlərində tikintisi davam etdirilən məktəb binalarına, fərdi evlərə baxış keçirmiş, əhalinin qayğı və problemləri ilə maraqlanıblar. Zaqatala şəhərində 2 nömrəli tam orta məktəb üçün inşa edilən 750 şagird yerlik yeni binada aparılan tikinti işlərinin gedişi ilə tanışlıqdan sonra rayon icra hakimiyyətində müşavirə keçirilib.

Müşavirədə Zaqatala, Balakən və Qax rayonları icra hakimiyyətlərinin başçıları, FHN-in məsul nümayəndələri və podratçı tikinti təşkilatlarının rəhbərləri iştirak ediblər.

Zəlzələ bölgəsində həyata keçirilən kompleks tədbirlər barədə məlumat verən fövqəladə hallar naziri təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində görülən işlərin qənaətbəxş olduğunu diqqətə çatdırıb. Bildirib ki, mayın 7-də baş vermiş birinci zəlzələdən sonra komissiyalar ilkin mərhələdə 29 minə yaxın fərdi evə və ictimai binaya baxış keçirib, qəzalı, bərpa-gücləndirmə və təmirə ehtiyacı olanları müəyyənləşdiriblər. Lakin mayın 18-də baş vermiş növbəti güclü yeraltı təkanlar nəticəsində əvvəlki zəlzələdə qismən zədələnmiş evlərə də ciddi ziyan dəyib. Odur ki, işçi qrupları zəlzələ bölgəsində fərdi evlərə təkrar baxış keçiriblər. İşçi qrupları tərəfindən indiyədək Zaqatala, Qax, Balakən rayonları və Şəki şəhərində ümumilikdə 32 mindən artıq fərdi evə və ictimai binaya baxış keçirildiyi diqqətə çatdırılıb. Komissiyaların rəyinə görə, təbii fəlakət nəticəsində bu rayonlarda 3653 fərdi ev və ictimai bina tam qəzalı vəziyyətə düşüb, 6256 fərdi ev və ictimai binanın bərpa və gücləndirməyə, 10600-nün isə təmirə ehtiyacı olduğu müəyyənləşdirilib. Nazir bildirib ki, tikinti təşkilatlarının verdiyi son məlumatlara görə, hazırda bu rayonlarda 3220 fərdi evin, habelə 35 məktəb və bir institut filialı binalarının tikintisinə başlanıb. 2647 qəzalı fərdi ev artıq tam sökülüb. Tikintisinə başlanan fərdi evlərdən 2190-da bünövrə çalasının qazılması, 1709 evdə bünövrənin betonlanması, 1293 evdə isə daş-hörgü işləri aparılır.

Sonra tikinti təşkilatlarının rəhbərləri görülmüş işlər, habelə inşasına başlanan məktəb binalarında işlərin gedişi barədə qısa arayış veriblər.

Məktəb binalarının inşasının sentyabrın 15-dək başa çatdırılması üçün tikinti işlərini maksimum səviyyədə gücləndirməyin vacibliyini bir daha diqqətə çatdıran nazir deyib ki, lazım gələrsə, əlavə işçi qüvvəsi cəlb ediləcək.

Tədbirdə rayonların icra hakimiyyəti başçıları da çıxış ediblər.






15 Avqust, 2012  17:14 Baxılıb: 895 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner