Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Mahmud Kərimov gənc alimlərdən danışıb

“Gənc alimləri elmlə məşğul olmağa həvəsləndirmək lazımdı”

Azərbaycanda gənc alimlərin elmlə məşğul olmasını stimullaşdırmaq üçün iki ildən bir xüsusi qrant müsabiqəsi elan olunmalıdır. Bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Mahmud Kərimov deyib. Simsar.az xəbər verir ki, akademik bildirib ki, gənc alimləri elmlə məşğul olmağa həvəsləndirmək, onların elmi tədqiqatlar aparması üçün xüsusi qrantlar ayrılıb. Bu yaxınlarda Elmin İnkişafı Fondu tərəfindən də alimlər üçün yeni qrant müsabiqəsi elan edilib.
"Bu iş davam edəcək. Mən hesab edirəm ki, hər il olmasa da, iki ildən bir gənc alimlər üçün xüsusi qrant müsabiqəsi elan olunmalıdır", - AMEA prezidenti qeyd edib.
O, əlavə edib ki, hazırda gənc alimlərin mənzillə təminatı ilə bağlı irəli sürülən müxtəlif təkliflər araşdırılır.
Mahmudov hesab edir ki, bu təkliflərdən ən səmərəlisini seçib işə başlamaq lazımdır.
Onun sözlərinə görə, AMEA işçilərinin attestasiyası da hazırda davam edir. Bu işin mütəmadi aparıldığını deyən akademiya prezidenti bildirib ki, elmi işçilərin 5 illik fəaliyyəti başa çatan kimi onların attestasiyası yekunlaşır.
"Bu iş daim aparılır, kampaniya xarakteri daşımır. Kimin ki, 5 ili tamam olur, o, yenidən attestasiyadan keçir", - Kərimov qeyd edib.






15 Avqust, 2012  17:07 Baxılıb: 1029 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner