Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Manatın dövriyyəyə buraxıldığı gündən 20 il keçir

Azərbaycan Respublikasının birinci pul emissiyası 1992-ci ildə Fransa Mərkəzi Bankı tərəfindən çap edilib

Suverenliyin əsas atributlarından sayılan milli valyutamız olan manat 1992-ci ilin 15 avqust tarixindən etibarən tədavülə buraxılıb. Simsar.az xəbər verir ki, 1992-ci ilin avqustunda 1, 10 və 250 manatlıq əskinaslar, noyabrında 5, 10, 20 və 50 qəpiklik sikkələr, dekabrında 5 manatlıq əskinas, 1993-cü ilin martında isə 50, 100, 500 və 1000 manat nominallı kağız əskinas dövriyyəyə buraxılıb.

Azərbaycan Respublikasının birinci pul emissiyası 1992-ci ildə Fransa Mərkəzi Bankı tərəfindən çap edilib. Yeni dizaynla 1 və 10 manatlıq əskinaslar həmin şirkətdə istehsal olunub.

Azərbaycan Respublikası Prezidenti tərəfindən 7 fevral 2005-ci il tarixdə “Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında” imzalanmış Fərmana uyğun olaraq 2006-cı il yanvarın 1-dən etibarən yeni nəsil pul nişanları dövriyyəyə buraxılıb.

Yeni manata keçid zamanı 1 yeni manat 5000 köhnə manata bərabər tutulub.

Qeyd edək ki, Azərbaycan Respublikasının ərazisində manatdan başqa digər pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Manatın emissiyası və tədavüldən çıxarılması hüququ yalnız dövlətin müstəsna mülkiyyətində olan Mərkəzi Banka mənsubdur.

Bildirək ki, hazırda Azərbaycan valyutasının nominal sırası 1, 5, 10, 20, 50 və 100 manatlıq əsginazlarla və 1, 3, 5, 10, 20 və 50 qəpiklik sikkələrdən ibarətdir. Gələcəkdə 100 manatdan artıq nominallı əsginazların dövriyyəyə buraxılması mümkündür.






15 Avqust, 2012  16:10 Baxılıb: 1139 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner