Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

"BUGÜNKÜ KİNO VƏ TEATR BİZNESƏ XİDMƏT EDİR" - MÜSAHİBƏ


Xalidə Quliyeva: «Yaradıcılıq düşərgəsinin özü bir məktəb rolunu oynayır»

Gənclər və İdman, Ekologiya və Təbii Sərvətlər, Mədəniyyət və Turizm Nazirliklərinin birgə layihəsi olan Ekologiya  mövzusuna həsr olunmuş «Gənclərin II Ümumrespublika Teatr Festivalı"na ssenari qəbulu artıq başa çatıb. Layihənin ideya müəllifi, millət vəkili Jalə Əliyevadır.  “Bizə idea lazımdır” devizi ilə keçirilən festivalın əsas məqsədi - gənclərdə teatra olan marağı artırmaq, istedadlı gəncləri teatra cəlb etmək və onlara ekologiya ilə bağlı problemləri çatdırmaq, fikirlərini bu problemlərə yönəltməkdir.
Əməkdar artist, sevilən aktrisa Xalidə Quliyeva festivalla bağlı təəssüratlarını bizimlə paylaşır.


- «Gənclərin II Ümumrespublika Teatr Festivalı" keçirilir. Festivalın əhəmiyyətini necə dəyərləndirirsiz?

- Gənclərlə bağlı istənilən layihəni dəstəkləyirəm. Nəinki dəstəkləiyrəm, hətta öz köməyimi belə təklif edirəm. Onlara xırda da olsa bir köməyim dəysə, özümü xoşbəxt sayaram. Ona görə də, üzümü təşkilatçılara və yaradıcı gənclərə tutub deyirəm: «Mən sizinləyəm, hər zaman məni axtarın və məsləhət alın».
 
- Festival zamanı yaradıcı düşərgələrin təşkilini necə qiymətləndirirsiz?

- Əslində yaradıcılıq düşərgələrinin keçirilməsi teatra maraq göstərən cavanlar üçün məktəb rolunu oynayır. Bu, teatrın inkişafına xidmət edən bir düşərgə olacaq. Xarici ölkələrdə də yaradıcılıq düşərgələri keçirilir və çox də yüksək qiymətləndirilir.  Yəqin ki, burada ustad sənətkarlar öz bilik və bacarıqlarını cavanlara öyrədəcək. Mən həmişə deyirəm ki, yaşlı nəsil yeni nəsilə bilik və bacarığımı ötürməlidir. Hər bir yaxınlaşma yalnız teatrın inkişafına xeyir gətirər. Bu təkcə teatr sahəsində deyil, elə cəmiyyətin özündə də belədir. İnsanlar bir-birindən ayrı düşməməlidir. Birinin digərinə yardımı gözəl, həm də savab işdir. Bu, teatr aləmində daha müsbət nəticə verə bilər.

- Yeri gəlmişkən, bir çoxları yaşlı nəslin gənclərə fürsət vermədiyini və onlara qısqanclıqla yanaşdığını deyir. Sizdəmi belə düşünürsüz?

- Bu əzəli və əbədi problemdir. Yaşlı nəsil həmişə  gənclərə qısqanclıqla yanaşıb. İnsan heç vaxt hiss eləmir ki, qocalıb, yalnız gəncləri görəndə bunu hiss edir. Buna görə də qısqanclıqlar baş qaldırır. Amma çox nahaq. Mən hər kəsə tövsiyə edərdim ki, böyüklük etməyi bacarsın. Böyük olmaq üçün özün böyüklük etməlisən.

- Sizcə, gənclər ümidləri doğruldacaqmı?

- Əlbəttə ümidlərim böyükdür. Yaradıcı gəncər yetişir, onları işlərində daha fədakar olmağa çağırmalıyıq. Bunun üçün də cavanlara ümid bəxş etməliyik. Onları öyrətməliyik. Mən bu festivaldan çox şeylər gözləyirəm, inanıram ki, onlar arsından istedadlar tapıb üzə çıxarılacaq. Bizim dramaturgiya sahəsində də problemlərimiz yaşanır. Mən festivalın uğurlu ssenarilər əsasında tamaşalar hazırlayacağına və publikaya təqdim edəcəyinə əminəm.   

- Necə düşünürsüz, gənc nəsil teatrda öz sözünü deyə bilibmi?

- Bilirsinizmi, teatarda  zaman fərqi var, elə bu zaman da insanları yönəldir. Fikir verin, dünənki kino və teatr mənəviyyata qulluq edirdi. Amma bugünkü kino və teatr bəşəri anlamda götürsək, ilk növbədə biznesə xidmət edir. Bu da çox təəssüf doğuracaq bir haldır. Buna görə də müəllif filmləri və tamaşaları yarananda sevinirsən ki, yaradıcı insanlarımız orda öz dünyagörüşünü, düşüncəsini, təfəkkürünü ortaya qoya biləcək. Həm də maraqlı olacaq. Amma belə səsli-küylü Hollivud filmləri, atışma-dava, döyüş səhnələri ilə zəngin kino da o qədər də mənəviyyata qulluq eləmir. Kinoda, elə teatrın özündə də ilk novbədə insan faktoru dayanır. Ümidlə yanaşırıq. Bunu üçün də peşəkar kadrlar yetişdirilməlidir.

- Hansı sahələri nəzərdə tutursunuz?

- Məsələn, gənc, istedadlı rejissorlara çox ehtiyac var. 

- Bəs çıxış yolunu nədə görürsünüz?

- Gənc kadraların yetişməsi üçün onları xarici ölkələrə təhsil almağa göndərməliyik. Çünki təhsil önəmli rol oynayır. Təhsilin səviyyəsi yüksək olsa, gənclər də ortaya layiqli iş çıxaracaqlar. Əks təqdirdə uğurlu işdən danışmağa dəyməz. Amma mən Gənclərin 2-ci Ümumrespublika Festivalının təşkilatçılarına, xüsusilə də millət vəkili Jalə Əliyevaya öz minnətdarlığımı bildirirəm. Ona görə ki, gənclərə dəstək göstərir və artıq ikinci dəfədir ki, belə gözəl layihəyə imza atıb. Bu gözəl təşəbbüsü yalnız alqışlamaq olar. Elə yaradıcılıq düşərgəsinin özü bayaq dediyim kimi bir məktəb rolunu oynayır. Ustad dərsləri, müxtəlif yaradıclıq ünsiyyəti-bütün bunlar teatarın inkişafına xidmət göstərən amillərdir. Yalnız uğurdan xəbər verir.

- Heç soruşmadım, festival hansı mövzuya həsr olunacaq?

- Ekologiyaya… Bu, yenilikdir. Artıq gənclər daha aktual və real problemləri səhnəyə gətirəcəklər.
Ekologiya elə bir mövzudur ki, hər birimizi maraqlandırır. Çünki hər gün qarşılaşdığımız mövzular səhnəyə gətiriləcək. Mən yalnız cavanlara uğurlar diləyirəm. Həm də bu festivalın daimi olmasını və ənənəyə çevrilməsini arzulayıram.

Azər Nəsibov







14 Avqust, 2012  20:54 Baxılıb: 1477 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner