Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Qənirə Paşayeva: “Anam Təbrizim. Səni belə üzgün görmək o qədər ağırdır ki…”

“Azərbaycandan göndərilən yardımın bir hissəsi soydaşlarımıza verilib”

Somalidəki səfərini yarımçıq qoyub Güney Azərbaycanda zəlzələ bölgəsinə səfər edən deputat Qənirə Paşayeva facebook sosial şəbəkəsində təəssüratları ilə bağlı status paylaşıb.

Q.Paşayeva İrandakı vəziyyəti belə xarakterizə edib: “Mənim yaralı Cənubi Azərbaycanım, anam Təbrizim. Səni belə üzgün görmək o qədər ağırdır ki... Zəlzələ nəticəsində həlak olan bacı-qardaşlarımızın ailələrinin ağrısını hamımız paylaşırıq, böyük Allahımızdan rəhmət diləyirik. Yaralılarımız, evini itirmiş insanlarımızın acısını bölüşürük, yaralılarımıza Allahımızdan acil səfalar diləyirik. Bu mənzərəni görmək insanın içini elə acıdır ki.. Təbrizdə qardaş-bacılarımıza da söylədiyim kimi Azərbaycan dövlətinin və xalqımızın, dünyanın hər yerindəki bütün azərbaycanlıların ürəyi sizinlə döyünür. Sağ olsun prezidentımız, cənab İlham Əliyev. Zəlzələdən həmən sonra yardımlar göndərib oraya... Azərbaycandan gedən yardımların bir hissəsi insanlarımıza artıq verilib, yardımlar davam edir. Bir hissəsi yoldadır. İnşallah qısa zaman ərzində onlar da bacı-qardaşlarımıza çatar. Təbrizdəki baş konsulluğumuzda idim bir az əvvəl əllərindən gələni yardımı edirlər insanımıza.. Qardaş-bacılarımız Azərbaycanın bu cür duyarlılığını yüksək qiymətləndirirlər. Başqa cür ola bilməzdi deyirəm.. Bu hamımızın acımızdı nə fərqi var o tay bu tay... Allahımız millətimizə bir daha belə ağrı acı yaşatmasın... Bu gün Ramazan ayının ən önəmli gününün ən önəmli gecəsidir. Qədr gecəsi.. Bu gün duaların Allahımız tərəfindən geri çevrilmədiyi, qəbul edildiyi gündür. Təbrizdə insanımıza bol dua etdik... Allah bütün dualarınızı qəbul etsin. Cənubi Azərbaycandakı qardaş-bacılarımıza da dualar edin. Allah onlara, millətimizə təkrar belə ağri-acılar yaşatmasın”.






14 Avqust, 2012  17:07 Baxılıb: 928 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner