Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Doktoranturaya qəbul planı təsdiqlənib


Doktoranturaya qəbul üçün 288 yer ayrılıb

Nazirlər Kabineti Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) sistemindəki elmi təşkilat və müəssisələrdə doktoranturaya qəbul planını təsdiqləyib. AMEA-nın Doktorantura və kadrlar şöbəsinin müdiri Sara Əfəndiyeva Simsar.az-a deyib ki, qəbul  planında fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul üçün 288 yer ayrılıb. Onun 158-i əyani, 130-u qiyabi təhsil forması üzrədir.
Elmlər doktoru proqramı üzrə isə 110 yer ayrılıb.

Əfəndiyevanın sözlərinə görə, akademiya sistemindəki elmi təşkilat və müəssisələrdə doktoranturaya sənəd qəbuluna sentyabrın 1-dən başlamaq nəzərdə tutulur. Sənəd qəbulu bir ay davam edəcək. İmtahanların oktyabrda keçirilməsi planlaşdırılır.

AMEA rəsmisi doktoranturaya sənəd qəbulu və imtahanların ötən ilki qayda ilə təşkil ediləcəyini də söyləyib.
Qeyd edək ki, 2011-ci ildə Azərbaycanda doktoranturaya ilk dəfə qəbul keçirilib.
Azərbaycan Nazirlər Kabinetinin 1 iyul 2010-cu il tarixli qərarına uyğun olaraq, fəlsəfə doktoru proqramı üzrə doktoranturaya ali təhsili olan (ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən, yaxud təhsili ona bərabər tutulan, tibbi təhsildə isə həkim və həkim-mütəxəssis) Azərbaycan vətəndaşları müsabiqə əsasında qəbul oluna bilərlər.

Elmlər doktoru proqramı üzrə doktoranturaya seçdikləri sahədə elmi və ya elmi-pedaqoji nailiyyəti olan, fundamental tədqiqatları yüksək səviyyədə aparmağa qadir və "Fəlsəfə doktoru" (elmlər namizədi) elmi (alimlik) dərəcəsi olan Azərbaycan vətəndaşları qəbul edilirlər.






14 Avqust, 2012  16:54 Baxılıb: 1048 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner