Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Quldurlar sahibkarı soydular

Hazırda fakt üzrə əməliyyat-istintaq tədbirləri həyata keçirilir

Avqustun 14-nə keçən gecə Bakıda quldurluq hadisəsi baş verib. Nizami rayon Polis İdarəsindən Simsar.az-a verilən məlumata görə, gecə saatlarında naməlum şəxslər bir neçə avtomobillə Mingəçevir şəhər sakini 1960-cı il təvəllüdlü Orucov Qəhrəman Qurban oğlunun idarə etdiyi “VAZ 2106” markalı, 10 ER 299 nömrə nişanlı avtomobilin qarşısını kəsib. Q.Orucovu xeyli təqib edən həmin şəxslər Bakı Lokomotiv Deposunun qarşısında əlverişli şərait yaranan kimi hücuma keçiblər. Onlar Q.Orucova hədə-qorxu gələrək, maşındakı 35 min manatı götürüb, aradan çıxıblar.

Qeyd edək ki, zərərçəkmiş Q.Orucov Bakıda yerləşən yanacaqdoldurma məntəqələrindən birinin sahibidir.

Q.Orucova qarşı quldurluq etmiş şəxslərin öz əməllərini əvvəlcədən planlaşdırdığı bildirilir.

Hazırda fakt üzrə əməliyyat-istintaq tədbirləri həyata keçirilir.






14 Avqust, 2012  16:27 Baxılıb: 900 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner