Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

İran beynəlxalq yardımı rədd etdi

“Bir neçə ölkədən yardım təklifi almışıq”

İran 306 nəfərin ölümünə səbəb olan zəlzələdən sonra xarici dövlətlərin göndərdiyi yardımı rədd edib. Simsar.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, İran “Xilasetmə işləri başa çatıb”-deyərək bildirib ki, fəlakətin fəsadlarını ölkə tək başına aradan qaldıracaq. ABŞ, Türkiyə, Rusiya, Tayvan, Sinqapur və Rusiyadan göndərilən yardımlar rədd edildiyindən ötən gün yardım məqsədilə Təbrizə yola düşən türk kömək qrupları geri qayıdıb. İranın səhiyyə naziri Mərziyə Vahid Dəstgerdi isə bildirib ki, İranın beynəlxalq yardıma ehtiyacı yoxdur.
İran Qızıl Aypara cəmiyyətinin prezidenti Əbül Həsən Fəqihin sözlərinə görə, bir çox ölkədən yardım barədə rəkliflər rədd edilib: “Bir neçə ölkədən yardım təklifi almışıq. Lakin kifayət qədər xilasetmə heyətimiz və mənbəmiz olduğundan heç bir yardıma ehtiyacımız olmadı. Təkliflər üçün təşəkkür edirik”.
Zəlzələ baş verəndən 24 saat keçmədən xilasetmə işləri başa çatsa da, dağıntıların altında hələ də sağ qalanların olduğu bildirilir. Təbriz xəstəxanalarından həddindən artıq sayda yaralı var. Həkimlərdən biri “Reuters”ə açıqlamasında bildirib ki, bölgədə ucqar kəndklər var ki, həmin yerlərdə xilasetmə işlərinin bu qədər tez başa çatması mümkün deyil.
İngiltərənin “Times” qəzetinin məlumatına görə isə İran dövlət teleiziyasının zəlzələ barədə xəbər vermək əvəzinə Suriyada baş verənlərə geniş yer ayırması narazılığa səbəb olub.

Fatimə Kərimli






14 Avqust, 2012  15:59 Baxılıb: 833 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner