Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

8 nəfər quduzluqdan dünyasını dəyişib

Yoluxma nəticəsində Tərtərdə 47 yaşlı kişi, Şəmkirdə 11 yaşlı uşaq dünyasını dəyişib

Bu il ərzində Azərbaycanda 8 nəfər quduzluq xəstəliyindən dünyasını dəyişib. Bu barədə Simsar.az-a Azərbaycan Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən məlumat veriblər.
Mərkəzdən bildirilib ki, quduzluq xəstəliyindən sonuncu ölüm halları avqust ayında olub. Bu ay ərzində 2 hadisə qeydə alınıb.
Yoluxma nəticəsində Tərtərdə 47 yaşlı kişi, Şəmkirdə 11 yaşlı uşaq dünyasını dəyişib. 47 yaşlı kişiyə iynə vurulsa da, o, 10 gündən sonra dünyasını dəyişib. Uşağı it dişlədikdən sonra isə valideynləri bununla əlaqədar heç bir tibb müəssisəsinə müraciət etməyiblər.
İl ərzində digər quduzluq halları Cəlilabad, Saatlı, Beyləqan, Sabirabad, Abşeron rayonunda qeydə alınıb. Bu il ərzində Bakıda quduzluğa yoluxma halı baş verməyib.
Qeyd edək ki, ötən il ərzində Azərbaycanda 6 nəfərin quduzluğa yoluxma hadisəsi baş verib. Bu hadisələr Bakı, Şəki, Tərtər və Yevlaxda qeydə alınıb.






14 Avqust, 2012  15:49 Baxılıb: 955 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner