Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

BİR SUAL, BİR CAVAB

Kompyuter sözünün mənası nədir?

Yeni bir sualla görüşünüzə gəlirik. Bu gün çoxumuz özümüzü onsuz təsəvvür etmirik. O demək olar ki, bizim gündəlik dostumuza çevrilib. Bəs görəsən “dostumuz” haqda nə qədər məlumatımız var? Elementar olaraq, onun mənasını bilirikmi? Əminik ki, çoxunuz bunun fərqində olmadığında bu sualın cavabını bilmirsiz. Amma bilməyənlər sırasında siz tək deyilsiz. Adətimiz üzrə, sual-cavabımızda iştirak edən tanınmışların çoxu da kompyuter sözünün mənasını bilmədi. Biləndə isə təəccübləndilər. Çünki cavab sadə olduğu qədər, həm də ağlagəlməzdir... Bu haqda qısa söhbət açaq.
Kompyuter sözüingilis dilindən götürülüb (computer), mənası hesablayıcı deməkdir. Kompyuterlərin yaranması bəşər təfəkkürünün ən böyük nailiyyətlərindən biri, XX əsrin II yarısının əsl möcüzəsi idi!
Kompyuter-informasiya ilə işləyən: informasiyanı qəbul edən, yadda saxlayan, emal edən və ötürən güclü universal maşındır. Kompyuter sistemi-müvafiq proqramlara uyğun olaraq verilənlərin avtomatik işlənməsini həyata keçirən hər hansı qurğunu və ya qarşılıqlı qoşulmuş və ya əlaqəli qurğular qrupunu nəzərdə tutur. Kompyuter əsasən bu qurğulardan təşkil olunmuşdur: Sistem bloku, monitor, klaviatura, maus (siçan). Əlavə qurğular (periferiya qurğuları) isə bunlardır: Printer (çap qurğusu), skaner, modem, rəqəm videokamerası, səs gücləndiriciləri və s.


Xalq artisti Faiq Ağayev: Hesablayıcı.

Xalq artisti Aygün Bayramova: Baxmayaraq hər gün kompyuterdən istifadə edirəm, amma mənasını bilmirəm.

Karikaturaçılar Birliyinin sədri Bayram Hacızdə: Türklər bilgisayar deyir

Stilist Səbinə İmanova: Cihaz.

Jurnalist Vüqar İmanov: Hesablayıcı.

Əməkdar artist Nüşabə Ələsgərli: Bilmirəm.

Tele-aparıcı Anar Nəcəfli: Maraqlı sualdır, amma cavabını bilmirəm.

Müğənni Gülay Qədirova: Kompyuterə çox həvəsim olmadığından mənası ilə maraqlanmamışam.

Prodüsser Kamal Cenk İçten: Məlumat.

Modelyer Gülnarə Xəlilova: İşimlə bağlı sual verin.

"SİMSAR" jurnalı






13 Avqust, 2012  20:43 Baxılıb: 1454 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner