Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Naxçıvandan İrana 3 avtomobil yardım göndərildi

Bundan öncə Bakıdan 25 avtomobil yardım göndərilmişdi

Azərbaycandan daha 3 avtomobildən ibarət maşın karvanı İran İslam Respublikasının zəlzələdən zərər çəkmiş bölgəsinə yola salınıb. Simsar.az-ın Naxçıvandakı bölgə müxbirinin məlumatına görə, içərisində humanitar yükün olduğu daha üç iritonnajlı avtomobil Culfa sərhəd buraxılış məntəqəsi vasitəsilə Naxçıvandan İrana göndərilib və yük artıq zəlzələnin törətdiyi fəsadların aradan qaldırılması məqsədilə yaradılan Mərkəzi qərargaha verilib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişi ilə bazar ertəsi Fövqəladə Hallar Nazirliyi tərəfindən 25 avtomobildən ibarət maşın karvanı İran İslam Respublikasının zəlzələdən zərər çəkmiş bölgəsinə yola salınıb.

FHN-in rəsmi saytında avtomobil karvanı ilə 3000 ədəd ədyal, 1000 ədəd yataq dəsti, 460 ədəd çadır, un, düyü, çay, qənd, yağ, makaron, meyvə şirələri, içməli su və digər zəruri ərzaq məhsullarının təbii fəlakət bölgəsinə çatdırılacağı bildirilib.

Qeyd edək ki, İranın Şərqi Azərbaycan əyalətində şənbə günü 6,2 bal gücündə baş vermiş zəlzələ nəticəsində 300 nəfər ölüb, 2500 yaxın adam xəsarət alıb.






13 Avqust, 2012  17:13 Baxılıb: 974 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner