Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

İsti havalar davam edəcək

Yarımadanın bəzi yerlərində havanın temperaturu 40 dərəcə olacaq.

Azərbaycanda isti hava şəraiti yaxın günlər ərzində də davam edəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Simsar.az-a daxil olan məlumata görə, avqustun 14, 15 və 16-da Bakı və Abşeron yarımadasında havanın günəşli keçəcəyi, şimal küləyinin əsəcəyi, gündüz şimal küləyinin cənub küləyi ilə əvəzlənəcəyi gözlənilir.
Havanın temperaturu gündüz saatlarında 36-38 dərəcə isti olacaq, yarımadanın bəzi yerlərində havanın temperaturu 40 dərəcə olacaq.
Yaxın üç gün ərzində Azərbaycanın rayonlarında hava şəraiti yağmursuz olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gündüz Aran rayonlarında, Naxçıvan Muxtar Respublikasında 36-39 dərəcə olacaq. bəzi yerlərdə temperatur 42 dərəcəyə yüksələcək. Dağlarda havanın temperaturu 30-34 dərəcə isti olacaq.
Avqustun 17-dək Abşeron yarımadasında zəif küləklərin üstünlüyü, bəzi saatlarda yaranan durğun və boğanaq hava şəraiti fonunda güclü istilər meteohəssas insanlar üçün çox əlverişsizdir. Gündüz saatlarında uzun müddət açıq havada qalmaq məsləhət görülmür.






13 Avqust, 2012  16:25 Baxılıb: 908 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner