Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

“TƏƏSSÜF Kİ, ƏTRAFIMIZDA, MƏTBUATDA RAMAZAN AYI HİSS OLUNMUR...”

...bəzi insanlar orucu dieta, pəhriz saxlamaq kimi qəbul edirlər

Ramazan ayında  çoxlarını maraqlandıran suallar, bilmək istədikləri məqamlar var. Bunlardan biri də Orucluğun fərdi, ictimai və mənəvi yönləridir.  Simsar.az insanları düşündürən sualların cavabını   Mənəvi Dünya İctimai Birliyinin sədri Hacı Şahindən alıb. 

-Orucluğun varlılar və kasıblar arasındakı münasibətlərə təsiri varmı?

-İslamda olan bir sıra ibadətlərin fərdi və ictimai yönü var. Buna görə də, bütün ibadətlər həm fərdi, həm mənəvi, həm də ictimai yöndən təhlil olunmalıdır. Hər hansı ibadət haqqında, xüsusilə oruc haqqında bunu deyə bilərik. Oruc fərdi baxımdan əvvəllər danışdığımız məsələləri əhatə edisə, yəni insanın Allaha  münasibəti Ramazan ayında daha da möhkəmlənir. Eyni zamanda oruc ictimai ibadətdir və “Hədisi-Şərif”də buyurulur ki, Orucu Allah ona görə vacib etdi ki, varlılar kasıbların halından xəbərdar olsunlar. Yəni, bir növ heç vaxt korluq çəkməyən maddi baxımdan təmin olunmuş insanlar bu ayda bəlkə də ömründə bircə dəfə aclığın nə olduğunu dadmaqla, məhrum insanları yada salmış olalar.  Yəni bu ayda cəmiyyətdə bir növ həmdərdlilik, bərabərlik yaranır. Hamı günün eyni saatlarında imkanlı-imkansız olmasından asılı olmayaraq eyni tərzdə davranır. Yəni maddi nemətlərdən uzaqlaşmaqla, aclığın nə olduğunu bilir və bu istər-istəməz insanlarda həmdərdlilik yaradır və insan başqalarının dərdinə yanmağa başlayır. Və insan düşünə bilir ki, adamlar var ki, ilin əksər günlərini bu vəzizyyətdədirlər. Yəni həyatlarını bu tərzdə keçirirlər. Yəni yeməyə çörək belə tapa bilmirlər. Bu həm də cəmiyyətdə ictimai baxımdan münasibətləri tənzimləyir.

- Müsəlman ölkələrinin əksəriyyətində varlılar və yoxsullar – acından ölənlər var. Orta təbəqə demək olar ki yoxdur. 

- İslamda varlı olmayın deyə bir hökm yoxdur. İslam bəzi düşüncələrin əksinə olaraq, hər zaman tərkidünyalığın əleyhinə olub. Başqa dinlərdə tərkidünyalıq varsa, İslamda dünyanı tərk eləmək haram hesab olunur. Yəni insanlar dünyanın halal nemətlərini qazanıb, onu sərf etməlidirlər. Amma burada bir məsələ var ki, dünyanı nə üçün qazanmalıdır insan. Hədislərdə də qeyd olunub ki, ibadət 10-dursa, 9-u halaldan ruzi qazanmaqdır. Yəni İslam işləməyi ibadət hesab edir. İnsan işinə gedirsə, hardasa çalışırsa ibadət hesab olunur. İbadət təkcə namaz qılmaq deyil. İnsan halal ruzi dalınca evdən çıxırsa, hətta onun aldığı nəfəs də ibadət hesab olunur. Bu yolda öldürülərsə şəhid hesab olunur. Burda belə bir sual oluna bilər ki, insan nəyə görə ruzi qazanmalıdır?  Birinci təbii ehtiyaclarını ödəmək və başqalarına möhtac olmamaq üçün. Çünki möhtaclıq acizlikdir və İslam istəmir ki, insan aciz, ələbaxan olsun. İstəyir ki, öz həyatını təmin etsin, digər tərəfdən də ruzi qazansın ki, onu başqaları ilə bölüşsün. Məhrum insanları yad eləsin. Həzrəti Əlidən bir hədis var ki, “İstəsəm ən ləziz yeməkləri yeyərəm, amma hicazda və yaxud haradasa hansısa bir müsəlman ac yatıbsa, mənim tox yatmağa haqqım yoxdur”. Bu İslamın məntiqidir.
Bu gün müsəlmanlar ibadətləri yerinə yetirir. Amma sanki mexaniki olaraq yerinə yetirirlər. Namaz qılıb oruc tuturlar, amma nəyə görə bu işi görür, bunu bilmir. Orucun fəlsəfəsi, mahiyyəti haqqında düşünən insan təəssüf ki, çox azdır. Sevindirici haldır ki, amma bu cür insanlar artır. Sizin sözünüzə qüvvət olaraq deyə bilərəm ki, bir sıra müsəlman ölkələrində bu uçurum var. Cəmiyyətin təbəqələri arasında belə uçurumun səbəbi isə dindən – dini dəyərlərdən uzaq düşməyimizlə əlaqədardır. İnsanlar İslamı yaxından tanısalar, onun ruhu və həqiqəti ilə yaxından tanış olsalar görərlər ki, İslam bərabərlik və həmdərdliliyi tövsüyə edir. İslamın bütün hökmləri arasında müxtəlif faydaları ilə yanaşı ictimai faydaları da var. İslam ictimai münasibətləri tənzimləyir.

 - Hacı, elə ictimai münasibətlərdən danışmışkən, Orucluq ayında qiymətlərin artması məsələsinə də toxunaq. Bu gün İrandan ölkəmizə xurma idxal olunur və bu ayda onun qiyməti qalxır. Bunun iqtisadi amillərlə izahı var. Ancaq digər tərəfdən İslamın mərkəzindən idxal olunması və dini dəyərlər harda qalır?

- Fikrinizlə razıyam. İnsanlar var ki, pusquda durub bayramları gözləyirlər. Məsələn, Qurban bayramında ətin qiyməti qalxır. Bu iqtisadiyyatın qanunları ilə izah olunsa da, bəzi mənəvi kriteriyalar da var. İnsaların min illərlə yaşatdığı dəyərləri məhv etmək olmaz. Mən belə düşünürəm ki, bayramlarda əksinə qiymətlər aşağı  düşməlidir. Bunu deməklə düzəlmir. Bu yanaşmadan asılıdır.

 - Türkiyədə ehtiyacı olanlar üçün küçələrdə iftar verilir, və yaxud ərzaq qidaları paylanır. Nə üçün bizdə belə əməllərə az-az rast gəlinir?


 - Təəssüf ki, bizim küçələrdə, mətbuatda Ramazan ayı, orucluq hiss olunmur. Sanki hələ bəziləri cani-dildən çalışırlar ki, hiss olunmasın.    

 - Belə çıxır ki, bizdə məmurlar, vəzifəlilə və varlılar yalnız ağızlarını ac saxlamaqla oruc tuturlar...

- Hədislərdə də var ki, Oruc ac və susuz qalmaq deyil. Çox insan var ki, orucdan faydası ac və susuz qalmaqdan başqa bir şey deyil. Orucun ilkin şərti ac və susuz qalmaqdırsa, fəlsəfəsi bu deyil. Oruc bütün bədən üzvlərinin qadağan olunmuş əməllərdən çəkinməsidir. İnsan Orucun fəlsəfəsini düşünərsə, digər şeyləri də düşünər. Ona görə də Orucun ən ibtidai həddində ilişib qalmaq olmaz. İslamda ən böyük zirvə Liqaallahdır ki, bu da Allahla görüşmək deməkdir. Təbii ki, bu maddi mənada qəbul olunmamalıdır. İnsan ruhunun Allaha qovuşması kimi qəbul olunmalıdır. İnsan elə bir zirvəyə çatmaq üçün yaradılıb ki, Allahla görüşsün, Allahla qovuşsun. Hədislərdə də buyurulur ki, Oruc mənim üçündür və Orucun mükafatı özüməm. Yəni Oruc inasanı elə bir dərəcəyə çatdırar ki, insan Allaha qovuşar. Biri var ki, mükafat olaraq insana Cənnət verilə, biri də var ki Allaha qovuşa. Oruc belə bir ali ibadətdir. Amma təəssüf ki, bəzi insanlar buna dieta, pəhriz saxlamaq kimi qəbul edirlər.

Simsar.az

 






13 Avqust, 2012  16:16 Baxılıb: 1469 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner