Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

MƏŞƏDİ DADAŞ MƏSCİDİNDƏ POLİS-DİNDAR QARŞIDURMASI

Kim düzdür – küçədə namaz qılanlar, yoxsa küçəni “təmizləyən” polislər? 

Bakı şəhərində inanclı insanların ən çox üz tutduğu Məşədi Dadaş Məscidində hər həftənin cümə günü və Ramazan ayının əhya gecələrində izdiham yaşanır. Namaz qılmaq, məscidin imam-camaatı Hacı Şahinin moizələrinə qulaq asmaq üçün bura gələnlər hər dəfə eyni manelərlə üzləşirlər.

Nəsimi rayon polisləri dindarlara məsciddən kənara çıxmağı qadağan ediblər. Adamların sayı çox olduğundan bəzi inanclılar məscidin həyətində və küçədə namaz qılmalı olurlar ki, buna da polislər imkan vermirlər.  «Nəqliyyatın, piyadaların gediş-gəlişinə mane olursuz», «qonşular şikayət edirlər» kimi əsaslarla dindarları namaz qılmağa qoymayan polislərin getdikcə artan təzyiqləri narazılıqları da artırır.

Simsar.az məsələyə aydınlıq gətirmək üçün aidiyyəti qurumlarla əlaqə saxlayıb.

Qafqaz Müsəlmanları İdarəsinin fətva şöbəsinin müdiri qazi Hacı Mirəziz Seyidzadə Simsar.az-a bildirib ki, namaz qəsb olmayan yerlərdə, yenə başqasına məxsus olmayan yerlərdə qılınmalıdır: «Məsciddə, onun həyətində, başqasınan icazəsilə onun ərazisində, pak yerlərdə namaz qılmaq olar. Amma küçədə, nəqliyyatın, piyadalırn gediş-gəlişinə mane olacaq yerlərdə namaz qılmaq düzgün deyil. Əgər polis qanuni yerlərdə namaz qılanlara hər hansı formada təzyiq göstərirsə bu düzgün deyil».

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Orxan Mansurzadə Simsar.az-a bildirib ki, məsələ ilə bağlı onda məlumat yoxdur: «Deyə bilərəm ki, polis əsassız yerə dindar insanın namazına maneə olmaz. Yəqin ki, buna hansısa əsaslar yaranıb».

Nəsimi rayon İcra Hakimiyyəti ümumi şöbənin müdiri Nazim Quliyev Simsar.az-a açıqlamasında deyib ki, Məşədi Dadaş Məscidinin qarşısında baş verənlər dindarlara qarşı təzyiq kimi qiymətləndirilməməlidir: «Mən özüm oruc tutub, dini rituallara hörmətlə yanaşan insanam. Onu da dərk edirəm ki, mənim bu hüququm başqalarının hüquqlarına toxunmamalıdır. Namaz qılmaq üçün lazımi yerlər var. Küçədə, səkidə namaz qılmaq nə dərəcədə düzgündür? Polis deyir ki, o, öz işini görür. Piyadaların və nəqliyyatın hərəkətini təmin etmək polisin vəzifəsidir. Yəni məsələyə bu konteksdən yanaşmaq lazımdır. Görüntü naminə namaz qılmağı İslam dini də qəbul etmir».

RAMİL






10 Avqust, 2012  20:30 Baxılıb: 2725 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner