Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Bakıda marşrut xidməti göstərən avtobusların sayı açıqlandı

1416 ədəd iri, 1096 ədəd orta və 310 ədəd kiçik tutumludur

Hazırda Bakı şəhərində ümumilikdə 2822 avtobus sərnişinlərə xidmət göstərir. Simsar.az xəbər verir ki,  nəqliyyat sektorunda 2012-ci ilin 6 ayı ərzində yerinə yetirilmiş işlərin nəticələri haqqında hazırlanmış arayışda bu barədə məlumat qeyd olunub. Məlumata görə, paytaxtda əhaliyə xidmət göstərən avtobuslardan 1416 ədəd iri, 1096 ədəd orta və 310 ədəd kiçik tutumludur.

Bundan başqa Bakı şəhərində avtobus marşrutlarının optimallaşdırılması və dayanacaqların quraşdırılması ilə bağlı işlər də yekunlaşdırılıb. Belə ki, Nəqliyyatı İntellektual İdarəetmə Sistemi layihəsi çərçivəsində Avtobus informasiya sisteminin yaradılması üçün lazım olan əsas məlumatların hazırlanması ilə əlaqədar müvafiq işlər aparılıb. 3434 nəfər sürücü və 2725 ədəd nəqliyyat vasitələri haqqında toplanmış ətraflı məlumatlar, avtobus marşrutlarının son variantının, avtobusların hərəkət cədvəlinin və dayanacaqların siyahısı kodlaşdırılıb.

Avtobus marşrut sxemlərinin təkmilləşdirilməsi və avtobuslarda quraşdırılmış bort avadanlıqlarının tənzimlənməsi ilə bağlı müvafiq işlərin aparılması davam etdirilir.






9 Avqust, 2012  20:00 Baxılıb: 1605 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner