Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Ermənistan niyə müdafiəni gücləndirir?



Müdafiə Nazirliyi: “Təhlükəsizlik məqsədi ilə müdafiə tikintiləri aparılır”

Ermənistanın Müdafiə Nazirliyi cəbhənin erməni nəzarətində olan hissəsində aparılan “möhkəmləndirilmə” işlərinə aydınlıq gətirib.  

Simsar.az «Armenpress» agentliyinə istinadən xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan  cəbhədə “müdafiə” işlərinin ardıcıl olaraq gücləndirdiklərini deyib. Onun sözlərinə görə, mövqelərinin təhlükəsizliyi məqsədi ilə müdafiə tikintiləri aparılır, mövqelər bərkidilir. Bu işlərin davam etdirilməsi nəzərdə tutulur.

«Bu işlər mütəmadi aparılır. Lakin Azərbaycanın son günlərdə bu məsələyə nədən diqqət yönəltməsi aydın deyil», - deyə mətbuat katibi qeyd edib.

Qeyd edək ki, cari ilin aprel və iyun ayında cəbhədə baş verən insidentlər zamanı Ermənistanın müdafiə naziri və prezidenti “möhkəmləndirmə” işlərinin aparılmasına ehtiyac olduğunu bəyan etmişdi. Azərbaycan tərəfinin müşahidələrinə görə, Ermənistan son iki ayda cəbhədə müdafiə mövqelərini gücləndirməyə başlayıb. Əsasən gecə saatlarında həyata keçirilən işlərə Ermənistanın Müdafiə Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin şəxsi heyəti ilə yanaşı, ətraf kəndlərdən işçi qüvvəsi və texnika cəlb olunub.






9 Avqust, 2012  19:58 Baxılıb: 884 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner