Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

MƏHƏMMƏD PEYĞƏMBƏRİN (S) MƏKTUBLARI – FOTOLAR

Dünya hökmdarlarını İslama dəvət edən məktublar və cavab məktubları

NTV-nin «Tarix» jurnalı Həzrəti Məhəmmədin (s) doqquz önəmli məktubunu yayınlayıb. Tarixçi Necdet Sakaoğlu tərəfindən araşdırılan məktublar Misir və Həbəşistandan Şərqi Roma İmpatorluğuna qədər geniş bir coğrafiyadakı imperator və hökümdarlara ünvanlanıb. Məktublar İslama dəvət mövzusundadır. Peyğəmbərin məktub ünvanladığı şəxslər arasında Sasani hökmdarı Nuşirəvan, Şərqi Roma İmperatoru Herakleos da var.
Həmin məktublar adı məlum olmayan bir Osmanlı ziyalısının 1710-cu ildə yazdığı «Kitab-ı İnşa mine i-Muhtarati l-Arifin» adlı əsərində yer alıb. Hz. Məhəmmədin (s) həmin məktubları 628-ci ildən etibarən yazdığı qeyd olunur. Məktublar və gələn cavablardan sətirləri sizə təqdim edirik:

Həbəş hökümdarı Əmr bin Umeyyənin göndərdiyi məktub: «Rəsulullaha salam. İsa haqqında buyurduğun gerçəkdir. Haqq necə buyurdusa, elədir. Şərəfli Məktubun məzmununu öyrəndim. Allahın elçisi olduğun doğrudur: gerçək elçi. İnandım və sənə biət etdim. Əmin oğlu Cəfərə biət edərək, onun əlində müsəlman oldum».

Hz. Məhəmmədin (s) Şərqi Roma İmperatoru Herakleosa göndərdiyi məktub: «Müsəlman ol. Olduğun təqdirdə Allah sənə iki dəfə savab verər. Əgər üz çevirsən buyruqlarının günahı sənin üstündədir. Tabe olsan, iki dəfə savab var: əvvəl Hz. İsaya, sonra Rəsulullaha iman gətirdiyin üçün».

Herakleasa: «İslama gəlməyənləri öldürməkdən bağışladım: xərac versinlər».

Misir-İskəndəriyə padşahı Mukavkısa imana dəvət üçün göndərdiyi məktuba Mukavkısın cavabı: «Məktubunu oxudum. Məni dinə dəvət elədiyini öyrəndim. Çıxacaq tək peyğəmbər olduğunu da bilirəm. Lakin belə hesab edirəm ki, bu, Şam diyarından (Suriya) çıxacaq. Göndərdiyin adamı qonaq elədim. Sənə də elə iki nökər göndərirəm ki, onların Misirdə hörmət və dəyəri var. Bir də geyim göndərirəm».

Bəhreyn hakimi Münzir min Sova İslamı qəbul etmiş, lakin xalqından yəhudi və atəşpərəst olanların İslama keçmədiyi bildirilən məktuba cavab olaraq Hz. Məhəmmədin məktubu: «Mən də qövmün haqqında bağışlama diləyini qəbul etdim. Müsəlman olanları eləcə burax. Günah edənləri, yəni İslama gəlməyənləri öldürməkdən bağışladım: xərac versinlər. Yaxşılıq yolunda olduqca sənə pislik eləmərik. Yəhudilik və atəşpərəstliyə davam etdirənlərə cizyə (baş vergisi) buyurdum».

Xatirə


 






9 Avqust, 2012  19:20 Baxılıb: 1769 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner