Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Qənirə Paşayeva: “İnsan həyatı o qədər ucuzdur ki...”

Deputat həkimliyini davam etdirir

Azərbaycan Milli Məclisinin deputatı Qənirə Paşayeva  Somalidə xeyriyyəçilik fəaliyyətini davam etdirir.  O, iki həftə burada qalacaq.

Simsar.az-ın məlumatına görə, deputat Somalidəki şərait barədə danışıb: “Çox fəlakət bölgəsində olmuşam, işləmişəm.. Əfqanəstan, İraq, Fələstin və.s. Amma Somali tamam başqa bir yerdir. Tam bir fəlakət zonası. İnsan həyatı o qədər ucuzdur ki... Təhlükəsizlik demək olar ki yoxdur. Hər dəqiqə səni ölüm gözləyə bilər... Sabitlik, stabillik istəməyənlərin əsas hədəf yabançılardı...Yabançılara qarşı hər dəqiqə sui-qəsd ola bilər. Hər yerə əsgərlərlə gedirik... Aclıq, xəstəlik, yoxsulluq və fəlakət... Hər gün 100-lərlə cocuk aclıq və adi xəstəliklərdən ölür... Azərbaycanlı xeyriyyəçi dostlarımızın dəstəyi ilə qaçqınlar üçün qurulmuş kampda bu gün Türkiyədən gəlmiş həkim dostumuz Tunay Özdemirlə gəzdik. Xəstəlikdən şikayəti olanlarla söhbət etdik, onları ciddi müayinə üçün tibb məntəqəsinə dəvət etdik. Xəstələrin,xüsusilə xəstə uşaqların sayı o qədər çoxdur ki... Hər gün 100-lərlə uşaq ölür aclıq və xəstəliklərdən...Sabah səhər tezdən kampda xəstə uşaqları ilk növbədə müayinədən keçirəcəyik. Həkim dostlarımızdan kim gəlmək istəsə böyük savab iş görər. O, qədər böyük ehtiyac var ki.. Əməliyyata ehtiyacı olan uşaqların sayı isə 100-lərlədir”-deyə Qənirə xanım Somalidən etdiyi son çağırışda bildirib.






9 Avqust, 2012  16:41 Baxılıb: 1091 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner