Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

KƏBƏNİ XİLAS EDƏK!

Müqəddəs torpaq göydələnlərin əsarətində

11 ayın sultanı Ramazani-Şərifdə milyonlarla müsəlman müqəddəs yerləri ziyarət edir.  Məkkə, Kəbə, Mədinə və s. müqəddəs yerlərə gedib Allahdan imdad və günahlarının bağışlanılmasını diləyir. 

Məkkəyə gedənlər mütləq Kəbəyə təşrif buyururlar. Bu müqəddəs evi görənlərdə əvvəllər ruhi rahatlıq, mənəvi təmizlik hissləri baş qaldırırdı. Amma əvvəllər, indi yox. Bunun səbəbi var. Kəbənin əzəmətini gölgəyə salan ətrafda ucaldılan göydələnlərdi. 

İslamın beşiyi, müsəlmanlaın qibləsi – Kəbə bu gün bir çoxları üçün biznes obyektinə çevrilib. Ətrafdakı otellərdə belə elanlara rast gəlmək olar. «Kəbəni rahatlıqla görmək üçün bizi seçin». Kifayət qədər bahalı otellər Kəbəni məqsədli şəkildə mühasirəyə alıblar ki, müştəri toplasınlar. Müştərilər Kəbəni 24 saat izləmək imkanı əldə etmək istəyirlərsə, pullarına qənaət etməməlidilər. 

Bu otelərdə bir gün qonaq qalmaq 335.19 dollara başa gəlir.  Otellərin qiyməti isə Kəbəni görmə məsafəsinə görə dəyişir. Kəbə ilə otelin məsafəsi yaxınlaşdıqca qiymətlər qalxır. Məsələ burasındadır ki, otellər bir günlük qonaq qalma sifarişləri qəbul etmir. Oteldə azı bir həftə qalanların sifarişi qəbul olunur. 

Ziyarətçilər bildirirlər ki, onları bir-birindən gözəl göydələnlər qəti şəkildə maraqlandırmır. «Biz bura ibadətə gəlirik, bahalı otellərdə qalmağa deyil. Kəbənin minarələrini görmək üçün göydələnlərə çıxmaq məcburiyyətindəyik».

Məkkədən biznes məqsədləri üçün istifadə etmək sadəcə zalımlıq və İslama hörmətsizlikdir. Belə hörmətsizliklər zaman-zaman olub. 

Tarixi rəvayəti (olayı) xatırladaq. Yəmən valisi Əbrəh Kəbə ziyarətçilərini öz ölkəsinə cəlb etmək və Sana şəhərini ticarət mərkəzinə çevirmək üçün Həbəşistanda «Kulleys» adlı müqəddəs məbəd tikdirib.  Məqsəd Məkkəyə gedənləri bura gətirib, onların pulllarından yararlanmaqdı.  Yəmən valisi Əbrəh ordusu ilə Kəbəni dağıtmaq üçün hərbi səfərə çıxır.  Yaradanın əmrilə Məkkədə Mina və Müzdəlifə arasındakı bölgədə Əbrəhin ordusu Əbabil quşlarının hücumuna məruz qalır. Kəbəni dağıdacaq fillər də Allahın əmrilə yolda yatıb qalır. Onları ayağa qaldırmaq mümkün olmur.  Beləliklə Əbrəhin planları baş tutmur. 

Məlumatlara görə, buhadisə 571-ci ildə olub. Amma indii Əbrəhin çirkin əməllərini biznesmenlər göydələnlər tikməklə davam etdirirlər. 

Müsəlmanlar tələb edirlər ki, Kəbəyi-Şərifin önü açılmalı, otellər isə uzaq məsafələrdə ucaldılmalıdır.  Belə getsə Kəbəni və minarələrini kənardan görmək ümumiyyətlə, mümkün olmayacaq.

Bu gün Kəbə göydələnlərin əsarətində qalıb. Onu xilas etmək lazımdır.  Biz isə müqəddəs ocağı əsarətdə saxlayanlara pul-para verməklə məşğuluq.






9 Avqust, 2012  15:20 Baxılıb: 1762 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner