İtki yoxdur
Erməni silahlı bölmələri dünən və ötən gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində və Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə; işğal olunmuş Ağdam rayonunun Cəvəhirli və Novruzlu; Füzuli rayonunun Aşağı Əbdülrəhmmanlı və Qorqan; Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında və Göygöl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.