Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

«ABŞ-da İslamı qəbul etmək Özbəkistandan daha asandır»

ABŞ səfirliyinin Özbəkistandakı işçisi bu ölkədə baş verənlərdən şoka düşüb

Başqa dindən İslam dininə keçmək ABŞ-da bir çox ölkələrdən daha asandır.
Simsar.az-ın inosmi.ru-ya istinadən məlumatına görə, məhz buna görə də, ABŞ-ın Özbəkistandakı səfirliyinin işçisi işlədiyi ölkədə deyil, öz vətənində İslamı qəbul edib.
37 yaşlı Şeril Laval ABŞ-dakı müsəlmanların həyatından danışaraq, KİV-in qəhrəmanına çevrilib: «Bir sözlə ifadə edə bilərəm ki, Amerikada mən özümü daha çox müsəlman hesab edirəm, nəinki Özbəkistanda».

Laval qeyd edib ki, Özbəkistanda qadınlara məscidə getmək qadağandır. Bir məsələ də onu çox təccübləndirir ki, adıçəkilən ölkədə iş dalınca gedən adam dini geyim geyinə, özü ilə dini kitablar götürə bilməz: «Hicablı qadın və ya İslama uyğun geyinən kişi üçün prestijli iş tapmaq çox çətindir. Baxmayaraq, ki, bunu heç kim sənə irad tutmur».

Lavalın sözlərinə görə, ABŞ-da müsəlmanlara qarşı diskriminasiya olsa da, onlar dini geyimdə gəzərkən, öz üzərində daimi yad baxışlar hiss etmirlər. O, Özbəkistanda digər diskriminasiyalı münasibətlə aeroportlarda üzləşdiyini deyib. Qeyd edib ki, müsəlman gənclərindən ibarət, İslam geyimli və ərəb dilində danışan bir qrupun təyyarəyə buraxılmadığının şahidi olub. Bu cür əsas gətirilib ki, onlar terrorist ola bilərlər. Yeri gəlmişkən, zahiri gözəl olmayan insanlaran da bu cür münasibətlə qarşılaşması mümkündür.

ABŞ-da Ramazanın keçirilməsindən danışan Laval bildirib ki, buradakı müsəlman cəmiyyətləri imamın başçılığı altında bu bayrama hazırlaşırlar, yerli məscidləri ziyarət edirlər. Kişi və qadınlar qruplara bölünərək, hədislər oxuyur, birlikdə iftarlar təşkil edir, namaz qılınan otaqları təmizləyirlər. Ramazan müddətində sponsor fəaliyyəti gücləndirilir, ayın sonunda ailələr yeni paltarlarla, yaxşı əhval-ruhiyyədə bayramı qeyd edirlər.

Miçiqan ştatında doğulan, əvvəl katolik olan Laval deyib ki, onun İslamı qəbul etməsinə qonşuluqda yaşayan qaradərili müsəlmanla tanış olması səbəb olub. O, 1998-ci ildə həmin oğlanla ailə qurmazdan əvvəl İslamı qəbul edib, müqəddəs “Quran”ın əsaslarını öyrənib. Ailə həyatı isə yalnız onun inamını gücləndirib. Müsəlman olmaq ona ruhi sakitlik və qadın xöşbəxtliyi bəxş edib. Onların üç uşağı var (iki böyük oğlu ərinin birinci nigahından və özlərinin Əminə adlı bir qızı). Onlar İslam məktəblərində oxuyurlar, lakin din seçimində heç vaxt uşaqlarına təzyiq göstərmək fikrində deyillər - qoy onlar öz seçimini etsinlər. Lakin Laval dəqiq bilir ki, uşaqlarından biri Məhəmməd peyğəmbərə inanmadığını desə, bu söz onu öldürər.

Statistik məlumatlara görə, ABŞ-da hazırda 6-7 milyon müsəlman yaşayır. Onlardan təxminən 17-30 faizi İslamı sonradan qəbul edən şəxslərdir. Ölkədə 1500-dən çox məscid fəaliyyət göstərir, onların yarısı son 20 ildə tikilib.

11 sentyabr 2011-ci ildə baş verən terror hadisəsinin İslama marağı artırdığı qeyd olunur. ABŞ ordusunda da müsəlmanların sayı az deyil. Xüsusilə həbsxanalarda bu dini qəbul etmə hallarına çox rast gəlinir.
Amerika Müsəlman Alyansının məlumatına görə hər il 135 min amerikalı İslamı qəbul edir.

Xatirə Nəsirli






8 Avqust, 2012  21:46 Baxılıb: 893 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner