Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Murtuz Ələsgərovla vida mərasimi başa çatdı

Milli Məclisin sabiq spikeri ilə Şəhriyar adına Mədəniyyət Mərkəzində vida mərasimi keçirildi

Şəhriyar adına Mədəniyyət Mərkəzində keçirilən vida mərasiminə mərhumun ailə üzvləri, yaxınları, Milli Məclisin deputatları, Ombudsman Elmira Süleymanova, hökumət təmsilçiləri, ictimaiyyət nümayəndələri qatılıblar. Mərasimdə iştirak edənlər arasında Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç və Türkiyə Böyük Millət Məclisinin üzvü, MHP millət vəkili Sinan Oğan da olub. Vida mərasimində çıxış edən Yeni Azərbaycan Partiyası sədrinin müavini, partiyanın icra katibi Əli Əhmədov, təhsil naziri Misir Mərdanov, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, Bakı Slavyan Universitetinin rektoru Kamal Abdulla, Ali Məhkəmənin sədri Ramiz Rzayev mərhum Murtuz Ələsgərovla bağlı fikirlərini bölüşüb, onun ailə üzvlərinə başsağlığı veriblər. Mərasimin sonunda Murtuz Ələsgərovun oğlu, Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov çıxış edərək mərasimə qatılanlara təşəkkürünü bildirib. Daha sonra mərhumun cənazəsi torpağa tapşırılmaq üçün birinci Fəxri Xiyabana aparılıb.

 Qeyd edək ki, Milli Məclisin sabiq spikeri, professor Murtuz Ələsgərov uzun sürən xəstəlikdən sonra dünən 84 yaşında vəfat edib.






8 Avqust, 2012  21:23 Baxılıb: 1024 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner