Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Bələdiyyələr cəmiyyətin inkişafına necə mane olur?

Rafael Becanov: “Bəzi bələdiyyələr QHT-lərlə münasibətlərin qurulmasında maraqlı deyil”

“Bəzi bələdiyyələr QHT-lərlə münasibətlərin qurulmasında maraqlı deyil. Bu da bütünlükdə cəmiyyətin inkişafına mane olur, eləcə də bələdiyyələrin şəffaflıq prosesindən kənarda qalmasına şərait yaradır. Halbuki, bu əlaqələr bələdiyyələrin şəffaf bir instituta çevrilməsinin əsas özəklərindən biri ola bilər”.
Simsar.az-ın məlumatına görə, bunu İnsan Hüquqları və Maarifçilik İctimai Birliyinin sədri Rafael Becanov  QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Yerli özünüidarədə ictimai iştirakçılıq, ictimai rəy və fikrin öyrənilməsində vətəndaş cəmiyyəti institutlarının rolunun artırılması” layihəsi çərçivəsində Sumaqyıt bələdiyyəsi ilə birgə Kimyaçılar qəsəbəsinin Məhəllə Komitəsində keçirilən tədbirdə bildirib.
Tədbirdə bələdiyyə üzvləri və qulluqçuları, məhəllə komitələrinin təmsilçiləri, QHT rəhbərləri iştirak edib. Layihə rəhbəri R.Becanov layihənin məqsədləri, görülən işlər və vətəndaş cəmiyyəti sektoru ilə bələdiyyələr arasındakı əlaqələrin artırılması yolları haqqında məruzə edib: “Layihənın əsas məqsədi Bələdiyyələrlə QHT-lər arasında münasibətlərin möhkəmlənməsidir. Təəssüf ki, biz hələ də buna nail ola bilmirik. Bundan sonra daha neçə il belə tədbirlər keçirilməlidir ki, bu əlaqələrdə problem yaranmasın?”
Daha sonra Sumqayıt şəhər bələdiyyəsi təşkilat şöbəsinin müdiri Gülrəng Cümşüdova çıxış edərək, bu münasibətlərin inkişaf etdirilməsindən danışıb.
Sonra mövzu ətrafında müzakirələr davam etdirilib. Məhəllə Komitəsinin sədrlərindən Süleyman Əsgərov, Solmaz Zeynəddinova çıxış edərək bildiriblər ki, Məhəllə Komitələri bələdiyyələrlə işləyir. Amma daha güclü iş birliyinə nail olmaq, problemlərin tez və maneəsiz həll olunması üçün vətəndaş cəmiyyəti sektoru ilə əməkdaşlıq artırılmalıdır.
Tədbirdə Qadın Təşəbbüsü və Sosial Problemlərin həllinə Yardım İctimai birliyinin sədri Zemfira Mustafayeva, Əlillərin Əməkdaşlığı Uğrunda Cəmiyyətin sədri Mehdi Novruzov, Qadın Krizis Mərkəzinin təmsilçisi Səbinə Kərimova, Demokratiya və İnsan Hüquqları Təşkilatının təmsilçisi Müşkünaz Əliyeva və digərləri çıxış ediblər. Çıxış edən QHT təmsilçiləri ideyanı dəstəklədiklərini və bələdiyyələrlə QHT-lər arasında partnyorluq yollarının tapılmasının vacibliyini bildirblər. Onların fikrincə, bu əlaqələrin qurulması bütünlükdə cəmiyyətin inkişafına təkan verəcək.






8 Avqust, 2012  20:59 Baxılıb: 1107 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner