Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Deputat Əli Məsimli ipoteka ilə bağlı hökumətə təkliflər verdi


 “Adi ipoteka üzrə faiz dərəcəsi 4-5, sosial ipoteka üzrə isə 1-2 faizə endirilməlidir”

Rusiyada hökumət ipoteka kreditlərinə görə faiz dərəcəsinini 5-6 faizə endirmək qərarına gəlib.Azərbaycanda da bu istiqamətdə iş aparıldığı barədə məlumatlar verilsə də, nədənsə həmin dəyişikliklərlə bağlı addımların atılması yubadılır.
Simsar.az-ın məlumatına görə, Milli Məslisin İqtisadi siyasət komitəsinin üzvü Əli Məsimli açıqlamasında bildirib ki, Azərbaycanda da bu sahədəki işlər sürətləndirilməli və adi ipoteka üzrə faiz dərəcəsi 8 faizdən 4-5 faizə, sosial ipoteka üzrə isə 4 faizdən 1-2 faizə endirilməlidir: “Bununla yanaşı ipoteka krediti ilə verilən vəsait heç olmasa, ailəyə iki otaqlı mənzil almağa yetərli səviyyəyə qaldırılmalıdır. İlkin ödənişin aradan qaldırılması və ya daha əlçatan variantla əvəz edilməsi də zəruridir.Elə mexanizm hazırlanıb tətbiq olunmalıdır ki,rayonlarda yaşayanlar da ipoteka kreditindən faydalana bilsin.İpoteka kreditləri verməkdən ötrü ayrılan vəsaitlərin artırılması istiqamətində də təsirli tədbirlər görülməlidir.İkili mühasibatın geniş yayıldığı yerlərdə işçi ayda 800 manat maaş alsa da və bu,ipoteka krediti vasitəsilə mənzil almağa yetərli məbləğ olsa da, amma məhz həmin ikili mühasibat tətbiqi ucbatından, sənədlərdə onun maaşı 200 manat ətrafında göstərildiyindən,bu məbləğı əks etdirən rəsmi araşışla ipoteka vasitəsilə yetərli qədər kredit ala bilmir.(Belə vəziyyətdə işləyənlər pensiyaya çıxanda da uduşsuz vəziyyətlə rastlaşacaqlar).Bu problemin də həlli sürətləndirilməlidir”.
Millət vəkili hesab edir ki, gənc ailələrin və güzəştli kateqoriyaya aid edilən digər qruplar üçün xüsusi ipoteka rejiminin tətbiqinə ehtiyac var.İpoteka krediti vasitəsilə gənc mütəxəssislərin rayonlara, kəndlərə işə getməsini stimullaşdıran layıhələr hazırlanıb,həyata keçirilməlidir, gənc kəndə işləməklə yanaşı həm də ev- eşik, torpaq sahibi olsun,vaxtında ailə qura bilsin, kəndin inkişafına öz intellektual töhfəsini dolğun şəkildə verə bilsin və s.Ona görə də düşünürük ki,hökumət ipoteka sahəsində dəyişikliklər edərkən bu sadalanan və digər məlum məqamları da nəzərə almalıdır”.






8 Avqust, 2012  20:50 Baxılıb: 949 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner