Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

“AccessBank"ın reklamı yalan çıxdı

Nazirlik banka sanksiya tətbiq etdi

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti reklam yayımı sahəsində aparılan monitorinqlərini davam etdirir.

İİN-in mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, Dövlət Xidmətinin apardığı monitorinq zamanı “AccessBank-da kredit al... Avropa çempionatına vəsiqə qazan! Heç kim uduzmayacaq!” məzmunlu reklamın yayımlandığı müəyyən edilib.

İlkin araşdırma zamanı qeyd olunan reklamın mətnində həqiqətə uyğun olmayan, qeyri-dəqiq və istehlakçıların seçmə sərbəstliyinə təsir göstərən məlumatların olması əlamətləri aşkar edildiyindən “AccessBank” QSC barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb. Dövlət Xidmətində işə baxılması zamanı “AccessBank” QSC-nin sifarişi əsasında yayımlanan “AccessBank-da kredit al... Avropa çempionatına vəsiqə qazan! Heç kim uduzmayacaq!” məzmunlu reklamın qeyri-dəqiq və bilərəkdən yalan reklam olduğu müəyyən edilib. Belə ki, qeyd olunan reklamda istehlakçıya “AccessBank”dan kredit alacağı təqdirdə Avropa çempionatına vəsiqə əldə edəcəyi bildirildiyi halda, faktiki olaraq kampaniya çərçivəsində bankdan kredit almış müştərilərin yalnız 12 nəfərinin Avropa çempionatına vəsiqə (bilet) qazandığı müəyyən edilib. Bununla əlaqədar olaraq, reklam yayımı zamanı antiinhisar və reklam qanunvericiliyinin tələblərinə əməl edilməsi barədə “AccessBank” QSC-yə icrası
məcburi göstəriş verilib və “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozduğuna görə 14,2 min manat maliyyə sanksiyası tətbiq edilib.






8 Avqust, 2012  20:30 Baxılıb: 1172 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner