Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Şou

Xanəndəmiz Londonu ayağa qaldırdı

"London Evening Standard"ın əməkdaşı Samon Brouton həmvətənimizin səsini ən təsirli səs adlandırıb

Azərbaycanın xalq artisti Nəzakət Teymurova Londonda geniş konsert proqramı ilə çıxış edib.

 Mədəniyyət və Turizm Nazirliyinin saytı məlumat verir ki, azərbaycanlı xanəndənin konserti Londonda ənənəvi olaraq keçirilən WOMAD ("Dünya ölkələrinin musiqisi və rəqsləri") festivalı çərçivəsində baş tutub. Festivalda Nəzakət Teymurovanı tarda əməkdar artist Əliağa Sədiyev, kamançada Elnur Mikayılov, balabanda əməkdar artist Şirzad Fətəliyev müşayiət ediblər.

Teymurovanın WOMAD-da çıxışı UNESCO-nun eksperti Sənubər Bağırovanın köməyi ilə gerçəkləşib.

BBC radiosu vasitəsilə canlı yayımlanan festivalda azərbaycanlı ifaçının bir saat davam edən çıxışı dinləyicilərə böyük zövq bəxş edib.

Konsertdən sonra xalq artisti bir neçə jurnal və qəzetə müsahibə verib. "London Evening Standard"ın əməkdaşı Samon Brouton həmvətənimiz haqqında yazır ki, ən təsirli səs azərbaycanlı Nəzakət Teymurovanın idi.

Teymurova, həmçinin London Mərkəzi Kitabxanasına dəvət olunub və disklərini kitabxanaya hədiyyə edib. Bu görüşlər zamanı sənətçi bir neçə yeni konsert təklifi də alıb.






8 Avqust, 2012  20:04 Baxılıb: 1044 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner