Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Ramazanda arıqlamaq üçün ac qalmaq təhlükəlidir

Bədənin maye itkisi və əzələ boşluğu susuzluqla birlikdə infarkt vəziyyəti yarada bilər

Çəkisi ilə mübarizə aparan insanlar bunu Ramazanda da davam etdirmək istəyirlər. Lakin, bunun bir sıra fəsadları yarana bilər. Simsar.az-ın xəbərinə görə, mütəxəssislər qeyd edirlər ki, Orucluq ayı iyul ayına təsadüf etdiyi üçün aclıq müddətinin 15-16 saatdan artıq olması yolverilməzdir: «Xüsusilə ac qalaraq kilo verməyi sınamaq, lazımi qədər enerji ilə təmin olunmamaq maddələr mübadiləsinin ləngiməsinə səbəb olur. Davamlı aclıqda lazımi qədər qida almayan bədən enerji ehtiyatlarından istifadə etməyə başlayır ki, bu da maye itkisi və əzələ boşluğu yaradır. Susuzluqla birlikdə bu vəziyyət uzun müddət davam edərsə, ani infakta səbəb olacaq ciddi problemlərin yaranmasına səbəb ola bilər».
Bu səbəbdən də həkimlər qeyd edirlər ki, oruc tutan şəxsin imsaqa qalxması vacibdir.  İmsaqda asan həzm olunan, lakin yüksək enerjili və zülallı qidalar seçilməlidir. İmsaqda bir stəkan süd və bir boşqab meyvə əlavə olunması da yaxşı olar.
İftara gəlincə, bu zaman tez-tez və çox yemək olmaz. Oruc su və xurma ilə açıldıqdan sonra mütləq bir boşqab şorba içilməlidir, 20 dəqiqə ara verildikdən sonra əsas yemək yeyilə bilər. İftar və imsaqda duzlu və yağlı qidalardan qaçılmalıdır.

Xatirə






8 Avqust, 2012  19:09 Baxılıb: 2173 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner