Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Şairlərə qarşı heç bir ittiham irəli sürülməyib - VİDEO

İranda həbs edilmiş Azərbaycan şairləri Şəhriyar Hacızadə və Fərid Hüseynə veriləcək caza yaxın günlərdə bəlli olacaq.

Dünən Təbrizdə keçirilən məhkəmə prosesində şairlər onlara verilən sualları cavablandırıb, günahkar olmadıqlarını bir daha vurğulayıblar. Şairlər İrana səfər etməkdə hər hansı cinayət xarakterli niyyətlərinin olmadığını qeyd ediblər.

Məhkəmə prosesində Azərbaycanın Təbrizdəki Baş Konsulluğunun iki əməkdaşı və şairlərin yaxın ailə üzvləri iştirak edib.

Hakim şairlərin konkret olaraq hansı maddələrlə ittiham olunmaları barədə heç bir məlumat verməyib və yaxın günlərdə məhkəmənin qərarının açıqlanacağını deyib.

Fərid Hüseyn, Şəhriyar Hacızadə İrana poeziya axşamında iştirak etmək üçün səfər etdiklərini, cinayət törətmək niyyətində olmadıqlarını vurğulayıblar.

Qeyd edək ki, azərbaycanlı şairlər hər hansı ittiham irəli sürülmədən təxminən 3 aya yaxın həbsdə saxlanıb. Sonra onlar haqqında cinayət işi ittihamları irəli sürülüb.

Fərid Hüseyn və Şəhriyar Hacızadə İrana şeir festivalında iştirak üçün gedib və mayın 2-də orada həbs olunublar. İran tərəfi uzun müddət azərbaycanlı şairlərin saxlanması xəbərini təsdiqləməyib. Daha sonra hər iki azərbaycanlının həbsxanada saxlandığı məlum olub.

Azərbaycan Xarici İşlər Nazirliyi baş verən hadisəyə aydınlıq gətirilməsi tələbi ilə İrana bir neçə dəfə rəsmi nota verib. Lakin İran tərəfi bu notaları cavablandırmayıb.

Tehranın kütləvi informasiya vasitələri həbs edilən şairlərin İran əleyhinə casusluq fəaliyyətində günahlandırıldığını iddia etsələr də, sonradan bu məlumat təsdiqlənməyib.






8 Avqust, 2012  17:20 Baxılıb: 958 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner