Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Bu gün Zərifə Əliyeva küçəsindən Fəxri Xiyabanadək yollar bağlanacaq

Bakının mərkəzi yollarının bağlanması Murtuz Ələsgərovun dəfn mərasimi  ilə əlaqədardır

Bu gün Milli Məclisin keçmiş spikeri, tanınmış ictimai-siyasi xadim Murtuz Ələsgərovun dəfn mərasimi keçiriləcək. Bununla bağlı Bakının bir sıra mərkəzi küçə və prospektlərində nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq. Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən Simsar.az-a verilən məlumata görə, tədbirlə bağlı proqram tərtib olunub və hansı küçələrin bağlanacağı müəyyənləşib.

Belə ki, dəfn mərasimi ilə əlaqədar gün ərzində Şəhriyar Adına Mədəniyyət Mərkəzindən, yəni Zərifə Əliyeva küçəsindən Fəxri Xiyabanadək olan küçə və prospektlərdə hərəkətə məhdudiyyət qoyulacaq.

Yol polisi günorta saatlarında tədbir başa çatanadək (saat 18 radələri) Zərifə Əliyeva küçəsi, Neftçilər prospekti, “Azneft” meydanı, Niyazi küçəsi, İstiqlaliyyət küçəsi, Mehdi Hüseyn küçəsi, Parlament prospekti istiqamətində hərəkətin məhdudlaşdırılacağını bildirir və sürücülərə nativ yollardan istifadə etməyi tövsiyə edir.

Qeyd edək ki, tədbirdə dövlət və hökumət rəsmiləri, xaricdən gəlmiş qonaqlar iştirak edəcək.






8 Avqust, 2012  17:15 Baxılıb: 874 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner