Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Bu gecə Allahın bağışladığı gecədi

83 ilə bərabər savab qazana bilərsiz 


“Qurani-Kərim” məhz Ramazan gecələrinin birində nazil olub.

Ramazan ayının hansı gecəsinin Qədr gecəsi olması dəqiq məlum deyil.

Bu ayın son on gündəki günlərindən biri, İslamda ən müqəddəs və fəzilətli gecə Qədr gecəsi hesab olunur.

“Qurani-Kərim”də bu gecəylə bağlı hədislərdə deyilir:

“Qədir gecəsində ibadət edən şəxsin savabı 1000 ay (83 il) ibadət edənin savabı qədərdir. Bu gecə Allahın izniylə Cəbrayıl (ə) və çox sayda digər mələklər yer üzünə enər. Bu gecə dan yerinin ağarmasına qədər salamatlıqdır, hər cür pislikdən uzaqdır. Yer üzünə enən mələklər gördükləri hər möminə salam verərlər.

Qədir gecəsində qüsl edib paklanmaq, səliqəli və yeni libaslar geyinmək savabdır. Həmçinin bütün gecə ərzində namaz qılmaq, dua etmək, Quran oxumaq lazımdır. Xüsusilə Quranın “Ənkəbut”, “Rum”, “Duxan” və “Qədr” surələrinin oxunması təkid edilir.

Qədr gecəsində edilən dualar müstəcəb olduğundan həmin gecə çoxlu dua oxumağın faydası böyükdür.


Qədr gecəsində Quranı başa qoyaraq bu mübarək adlara and verməklə Allahdan günahların bağışlanması və diləklər istənilir. Çünki bu adlara and verdikdən sonra insanın duaları mütləq qəbul olunur:

On dəfə “Bikə ya Allah” .
On dəfə “Bi-Muhammədin (s)”.
On dəfə “Bi-Əliyyin (ə)”
On dəfə “Bi-Fatimətə (s.ə)”.
On dəfə “Bil-Həsəni (ə)”.
On dəfə “Bil-Huseyni (ə)”.
On dəfə “Bi-Əliyyibnil-Huseyn”.
On dəfə “Bi-Muhəmməd ibni Əliyyin”.
On dəfə “Bi-Cəfər ibni Muhəmməd”.
On dəfə “Bi-Musa ibni Cəfər”.
On dəfə “Bi-Əliyyibni Musa”.
On dəfə “Bi-Muhamməd ibni Əliyyin”.
On dəfə “Bi-Əliyyibni Muhəmməd”.
On dəfə “Bil-Həsən ibni Əliyyin”.
On dəfə “Bil-Huccəti”.

Hədislərin birində isə buyurulur: “Qədr gecəsini əhya tutan hər bir kəsin günahlarını Allah bağışlayar”.






7 Avqust, 2012  22:27 Baxılıb: 1219 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner