Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Əli Həsənov: “Diaspor təşkilatlarının üzərinə böyük vəzifələr düşür”

“Azərbaycan dövləti hər bir azərbaycanlının arxasındadır, ona dayaqdır"


Mürəkkəb qlobal siyasi və iqtisadi proseslərin cərəyan etdiyi müasir dünyada Azərbaycanın milli maraqlarının qorunmasında diaspor təşkilatlarının da üzərinə böyük vəzifələr düşür. Bunu avqustun 7-də Türkiyənin Bodrum şəhərində "Xarici ölkələrdə yaşayan azərbaycanlıların cəmiyyətə inteqrasiyası: mövcud vəziyyət və perspektiv gözləntilər" mövzusunda keçirilən forumun yekun toplantısında çıxışı zamanı Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib. Məlumatı Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidməti yayıb.

PA rəsmisi çıxışında Azərbaycan dövlətinin xaricdə yaşayan soydaşlarımızın mənafelərini həmişə nəzərə aldığını vurğulayıb.

"Bu cür tədbirlərin məqsədi xaricdə yaşayan azərbaycanlılar arasında əməkdaşlıq əlaqələrinin qurulmasına nail olmaq, soydaşlarımızın problem və qayğılarını öyrənmək, onların həlli yollarını tapmaqdan ibarətdir. Bu forum bir daha təsdiq edir ki, Azərbaycan dövləti hər bir azərbaycanlının arxasındadır, ona dayaqdır", - Həsənov əlavə edib.

Həsənov forumda aparılan müzakirələrin əhəmiyyətini yüksək qiymətləndirərək, burada səslənən bütün təkliflərin qeydə alındığını, onların hər birinin araşdırılacağını bildirib. O, xaricdə təhsil alan azərbaycanlı tələbələrin diaspor təşkilatları ilə fəal əməkdaşlıq etməsinin vacib olduğunu qeyd edib.

PA rəsmisi aparılan müzakirələrin, qəbul olunmuş qərarların Azərbaycan diasporunu daha da gücləndirəcəyinə inandığını deyib.

"Biz heç bir diaspor təşkilatına göstəriş verə, onların fəaliyyəti ilə bağlı qərar qəbul edə bilmərik. Biz yalnız sizə müəyyən tövsiyələr verə bilərik, qəbul etdiyiniz qərarların icrasında dəstək göstərə bilərik. Bizim istədiyimiz dünya azərbaycanlılarının birliyinə nail olmaqdır, diasporun daha güclü, daha mütəşəkkil qüvvəyə çevrilməsidir", - deyən Prezident Administrasiyasının şöbə müdiri forumun işindən razı qaldığını vurğulayıb.

Trend






7 Avqust, 2012  19:47 Baxılıb: 878 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner