Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

«BERMUD» VƏ «ŞEYTAN KƏMƏRİ» – FOTOSESSİYA


SİRLİ ÜÇBUCAĞIN 10 OXŞARI MÖVCUDDUR

60-cı illərin ortalarında ABŞ-lı hidrobioloq İvan Sanders gəmi və təyyarələrin müəamalı şəkildə yoxa çıxdığı Bermud üçbucağının sirlərini öyrənmək üçün araşdırmaya başlayır. Alim qərara alır ki, adanın sirrini öyrənmək üçün Yer kürəsində mövcud olan digər anormal zonaları tapsın.

«Bermud»a çox oxşar bir yer cənubi Yaponiyada «Şeytan dənizi»adlanan bir yerdə tapılır. Tezliklə daha üç yer də onların siyahısına qoşulur. Əlcəzairdəki «Ərq -İqidi» yaylası, Pakistanda Tar səhrası və Havay ərazisində bir yer. Bir qədər keçmir ki, Cənub yarımkürəsində Cənubi Afrika yaxılığında, Avsraliyanın Qərbində, Şərqi Braziliyada, Yeni Zellandiyanın şimalında, Sakit Okeanın mərkəzində də beş anormal ərazinin mövcud olduğu məlum olur.

Sandersin qənaətinə görə, kənardan baxılarsa, bütün bu sahələr romb şəkli yaradır. Onlar 72 dərəcədə bir-birindən ayrılır və bir-birlərinə oxşarlıqları var. Anlaşılmaz hadisələrin baş verdiyi həmin ərazilərin hamısına qorxulu adlar verilib. On anormal zonanın toplusu isə «Şeytan kəməri» adlandırılır. Sonra isə Sanders onların hər birinin geoloji xüsusiyyətlərini, dünya sivilizasiya mərkəzləri ilə əlaqələrini öyrənmək qərarına gəlir.

Bermud üçbucağı - gəmi və təyyarələrin sirli şəkildə yoxa çıxdığı Atlantik okeanın bir sahəsi. Burada baş verən anlaşılmaz hadisələr pis hava şəraititndən tutmuş başqa planetdən gələnlərin oğurluğu kimi əsaslandırılır.
İlk dəfə 1950-ci ildə sirli yoxaçıxmanı «Assocaited Press»-in müxbiri Cons üzə çıxarıb. O, bu ərazini «şeytan dənizi» adlandırıb
«Bermud üçbucağı» ifadəsinin müəlifi isə jurnalist Vinsenta Haddis hesab olunur. O, jurnallardan birində «Ölümcül Bermud üçbucağı» adlı məqalə yazıb.
Səs-küylü hadisələrdən biri də 1945-ci il dekabrın 5-ində «Evencer» hərbi təyyarəsinin itməsi oldu. Təyyarə və onun ekipajının heç bir izi tapılmadı. Maraqlısı o idi ki, təyyarə açıq havada, sakit dəniz üzərində uçurdu. Pilotlar radioəlaqə zamanı avadanlıqlarının naməlum səbəbdən sıradan çıxdığı və anlaşılmaz vizual görüntülərin yarandığını deyirdilər: «Biz istiqaməti müəyyən edə bilmirik, okean isə adi vəziyyətdə olduğu kimi görünmür, Biz ağ suya düşürük». «Evencer»-in itməsindən sonra «Martin Mariner» adlı hidrotəyyarə onun axtarışına yollandı. Həmin təyyarənin də aqibəti eyni oldu.

90-cı illərin əvvəllərində ABŞ-lı okeanoqraflar Bermud üçbucağında Misir piramidalarına bənzərlik tapdıqlarını söylədilər. Lakin Amerika hökuməti araşdırmalara imkan yaratmadı. 100 il ərzində təxminən 100 gəmi və təyarənin həmin ərazidə itdiyi qeyd olunur.

«Şeytan dənizi»-nə gəldikdə o, həm də «şeytan üçbucağı», «drakon üçbucağı», «Sakit okean üçbucağı» adlandırılır. Bu ərazini «Bermud üçbucağı» ilə yaxınlaşdıran cəhət burada da gəmi və təyarələrin sirli şəkildə itməsidir. 50-ci illərdə burada bir neçə Yapon gəmisi yoxa çıxdı. Həmin gəmilərdə bütövlükdə yeddi yüzəcən insan var idi. Yaponiya hökuməti tədqiqatçıların böyük bir qrupundan ibarət gəmini «Şeytan dənizi»nə göndərir və həmin gəmi də izsiz şəkildə itir. Bundan sonra 1955-ci ildə həmin ərazi rəsmi olaraq təhlükəli zona elan olunur.

Əlcəzairdəki «Ərq-İqidi» yaylasına gəldikdə, səyyahətçilər burada qəribə bir hadisə ilə üzləşirlər. Tamamilə sakitlikdə uzunmuddətli fit səsləri eşidilr. Həmin səslər insanlarla yanaşı, hevanları da qorxudur, lakin burada qaçmağa da yer yoxdur. Qəflətən kəsilən səslər birdən yenə də başlanır. Həmin səslər həm quruda, həm də dənizdə eşidilir. Bəzi tədqiqatçıların fikrincə, Homerin «Odissey»ində də qeyd olunan səslər məhz bu səslərdir.

Havay anormal zonası isə burada öldürən dalğaların yaranması ilə xarakterizə olunur. Bunlar monstr-dalğalar, ağ dalğa, qəribə dalğa, quldur dalğa kimi də adlandırılır. 20-30 metr hündürlüyündə olan dalğaların qəribəliyi ondadır ki, onların yaranması hava şəraiti ilə bağlı olmur, başqa sözlə dalğalar «heç nədən» yaranır. İri sahəni əhatə edən dalğalar gəmi ilə üzləşərsə, onu bir dəqiqə ərzində batıra bilər.

Ötən ilin sonlarında NASA əməkdaşları Cənubi Afrikada nəhəng burulğan yarandığını müşahidə etdilər. O, 150 km diametrində idi. Həmin burulğanlar «hərəkət edən halqalar» adlandırıldı.

Bəzi tədqiqatçılara görə, delfin, kit və digər dəniz canlılarının müəammalı və kütləvi ölümü anormal ərazilərdən gələn infrosəslərlə bağlıdır. Onlar insanları olduğu kimi heyvanları da vahiməyə salır.

Xatirə Nəsirli

 






7 Avqust, 2012  19:06 Baxılıb: 1906 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner