Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Erməni Azərbaycandan kömək istədi

“Bizi erməni prezidentindən, erməniçilikdən xilas edin!!!”

Avqustun 6-da AzərTAc-a artıq altı ildir ki, ölkəsində məktəbə gedə bilməyən erməni oğlan David Davityandan növbəti məktub daxil olub.

Simsar.Az xəbər verir ki, məktubda təhsil almaq istəyən gənc Ermənistanda ona qarşı yaradılan maneələri dəf edə bilmədiyindən yenə də nicat yolunu kənarda axtarmağa məcbur olduğunu yazıb.

Ermənistanda hüquqları kobud şəkildə pozulan uşaqlardan biri olan Davidin yenə də beynəlxalq təşkilatlara, ayrı-ayrı dövlətlərə, o cümlədən qonşu Azərbaycana kömək üçün müraciət etməkdən başqa əlacı qalmayıb.

Növbəti məktubda da David yalanın, böhtanın, satqınlığın milli siyasətin bir hissəsinə çevrildiyi, ədalət və həqiqət mübarizlərinin həbs olunduğu Ermənistan adlanan bir dövlətdən, təhsil almaq hüququndan məhrum edildiyi ölkədən onu xilas etməyi xahiş edir. Uşaq erməniçilikdən qorxur.

“Bizi bu dövlətdən xilas edin! Bizi erməni prezidentindən, erməniçilikdən xilas edin!!!”,- deyən D.Davityan dövlətindən heç bir yardım görmədiyindən Azərbaycan hökumətinə, ölkəmizin aparıcı kütləvi informasiya vasitələrinə, qeyri-hökumət təşkilatlarına üz tutub.

“Mən artıq altı ildir ki, məktəbə getmirəm. Nə idi mənim günahım?! Artıq sentyabr yaxınlaşır ... anamın saxlanılma müddəti başa çatır, amma bizə hələ də ölkədən çıxmağa icazə verilmir. Mən məktəbə getmək, oxumaq istəyirəm. Görəsən mən bu il də erməni prezidentinin ucbatından təhsildən məhrum olacağam?! Mənim uşaq hüquqlarım bu ölkədə çox kobud şəkildə pozulur...

Bu cür daha davam edə bilməz... Məni xilas edin! Xahiş edirəm Ermənistan prezidenti ilə danışıqlar aparasınız ki, o bizi buradan buraxsın. Anam işləmir, daha bu cür yaşamaq olmaz, mən yemək, məktəbə getmək istəyirəm. Sizə yalvarıram, məni xilas edin! XİLAS EDİN!!!”.

Qeyd edək ki, iyunun 22-də AzərTAc-a Davidin anası Felmira Davityandan da məktub daxil olub.

Məktubda ümidini itirmiş ana müxtəlif dövlətlərin rəhbərlərindən, o cümlədən Azərbaycan hökumətindən, humanist aksiyaları ilə təkcə Azərbaycanda deyil, dünyada məşhur olan Heydər Əliyev Fondundan, ombudsmandan, kütləvi informasiya vasitələrindən, qeyri-hökumət təşkilatlarından yardım istəyib.






7 Avqust, 2012  19:00 Baxılıb: 879 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner