Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Suriyadakı səfirimiz bu ölkəni tərk edib

Azərbaycanın Suriyadakı səfir Mahir Əliyev və səfirliyin əməkdaşları Suriyanı tərk ediblər

Azərbaycanın Suriyadakı səfiri Mahir Əliyev və səfirliyin əməkdaşları ölkəni tərk ediblər. Simsar.az-ın məlumatına görə, bu barədə jurnalistlərə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib. Onun sözlərinə görə, səfir və diplomatik missiyanın əməkdaşları Suriyanı mövcud vəziyyəti və təhlükəsizlik amillərini nəzərə alaraq tərk ediblər. Səfirliyin Dəməşqdə fəaliyyətini nə zaman bərpa edəcəyi məlum deyil.

Səfirlikdə qeydiyyatda olan 60-a yaxın Azərbaycan vətəndaşının da ölkəni tərk etdiyi bildirilir. XİN-dən ibldiriblər ki, hazırda Suriyada Azərbaycan vətəndaşı yoxdur: “Ümidvarıq ki, ölkədə vəziyyət tezliklə stailləşəcək və Suriyadakı səfirliyimiz öz normal iş rejimini bərpa edə biləcək”.

Qeyd edək ki, hazırda Suriya paytaxtında və ayrı-ayrı şəhərlərdə müxalifət qüvvələri ilə Bəşər Əsədə tabe olan qoşunlar arasında qanlı döyüşlər davam edir. Dünən müxalifət Suriya dövlət televiziyasını partlatmağa nail olub. Suriyanın baş naziri Riyad Hicab ailəsi ilə birgə ölkədən qaçıb və müxalifətin tərəfinə keçmək niyyətində olduğunu açıqlayıb.






7 Avqust, 2012  16:21 Baxılıb: 821 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner