Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

"Müqəddəs" Qanqa (Ürəyi zəif olanlar baxmasın) - Fotolar

Hindistanın müqəddəs şəhəri Varanasiyadan keçən Qanqa çayında hər il yüzlərlə insan ölür. Burada insanları dəfn etmək dəbdə deyil. Qanqa çayı boyunca hər addımda aclıqdan, səfalətdən, xəstəlikdən ölənlərə rast gəlmək olar.

Qanqa çayı hindusların etiqadına görə Şiva, Rama, Krişna, yaxud hər hansı hindus məbudlarından birinin zühur və təcəlli yeri sayılır. Hindusların dini əfsanələrində nəql olunur ki, Qanqa çayı səmada Vişnunun ayağından qaynaqlanmışdır. Sonra Şivanın başının ortasına enmiş, onun saçlarından axmış və başdan-başa Hindistan torpaqlarına yayılmışdır. Bu çay Himalay dağları arasında, hindusların ən mühüm ibadət mərkəzlərindən sayılan Hardvar adlı yerdən qaynaqlanır. Mömin, xəstə və ehtiyacı olanların öz diləklərini diləmələri, xəstəlikdən şəfa tapmaları və günahlardan təmizlənmələri üçün özlərini çayın suyu ilə yumaları məqsədilə bu yerdə, çayın hər iki sahilində yüzlərlə hamam tikilmişdir.
Cəmna və Qanqaa çaylarının qovuşduğu yer də hindusların müqəddəs məkanlarından sayılır. Bu məkanda bir zaman hinduslar üçün müqəddəs sayılmış, indi isə qurumuş Səlsuti çayı da Cəmna və Qanqaa birləsir. Çayların qovuşduğu bu yerdə hal-hazırda Allahabad şəhəri salınıb.Bu yer hər il milyonlarla hindus ziyarətçini qoynuna alır. Onlar Məla adlanan böyük toplantıda bir yerə yığışaraq dini ibadət və ayinləri birlikdə yerinə yetirirlər. Qanqa çayının Benqal körfəzindəki qolu digər mühüm və müqəddəs məkanlardan sayılır. Bu çayın deltasında yerləşən Suqur adası da hər ilin ilk günündə minlərlə hindusun qüsl, ziyarət və ibadət əməllərinin yerinə yetirdiyi məkanlara çevrilir. Qanqa çayının sahilində yerləşən Benares şəhəri də hindusların müqəddəs məkanlarındandır və hər il saysız-hesabsız ziyarətçi Qanqaa çayında qüsl etmək məqsədi ilə Hindistanın hər bir yerindən ora tələsirlər. Hinduslar inanırlar ki, bu məkanda qüsl etmək onları bütün günahlardan təmizləyir. Buna görə də, çayın sahilində zəvvarların qüsl verməsi üçün “qat” adlanan çoxsaylı yerlər inşa olunub. Hinduslar ziyarət mövsümündə Qanqaa çayının sahilində vəfat edənlərə, xüsusilə də ölüm anında ayaqları suda olana daha çox səadət və xoşbəxtliyin nəsib olduğuna inanırlar. Onların etiqadına görə belə bir şəxsin ruhu asimana gedir və Şivanın qonşuluğunda əbədi şadlıqda həyat sürür.
Ona görə də çayda ölənləri dəfn etmirlər. Fotolardan da göründüyü kimi, meyitləri qurd-quş yeyir.

 






7 Avqust, 2012  16:02 Baxılıb: 7527 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner